adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Noyabr 2018 10:24
6908
MƏMLƏKƏT
A- A+

Həftəsonu səfərə çıxanlar üçün! Hava necə olacaq?

İstirahət günlərinin hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, bu bölgədə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 15-20, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 17-20, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 17-22 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 17-22 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın maksimal temperaturu 17-19 dərəcə isti təşkil edəcək