adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Evrika

17180 | 2018-11-03 00:14
On dörd ildən sonra bilmişik ki, Xarici İşlər Nazirimiz dilimizi bilmir və bu on dörd il bizim bir dövlət olaraq mütəqillik illərimizin tam yarısı deməkdir. Adam müstəqil illərimizin yarısından nazirdir, dəfələrlə çıxışlar edib və biz bunu indi bilmişik...
Son bir neçə gündə Xarici İşlər Nazirliyimizə (XİN) rəhbəlik edən, yəni nazir Elmar Məmmədyarov bütün gündəmi zəbt edib, özü istəməsə də; Elmar Məmmədyarov dilimizdə danışa bilmirmiş və sanki bu, bir yenilik imiş. Deyək ki, 2004 - cü ildən bu günə kimi nazir olan Məmmədyarovun çıxışına diqqət verməmişik. Axı onunla bağlı yayılmış bir videonun, daha doğrusu keçmiş səfir İsfəndiyar Vahabzadənin nazir haqqında dediklərinin üstündən çox az keçib. Xatırlatma üçün qeyd edim ki, İ. Vahabzadə veridyi görüntülü müsahibədə demişdi ki, Azərbaycan, Türkiyə, Ermənsitan xarici işlər nazirlərinin görüşündə bizim nazir Türk dilində pis danışdığını etiraf edibmiş. Bu müsahibə bir qədər ajiotaj yaratdı, ancaq sonra gündəmdən çıxdı. Yəni son videoya qədər də nazirimizin dilimizi bilmədiyini bilirdik. Əlbətdə ki, təəssüf doğuran (yumşaq desək) bir haldır ki, xarici siyasətimizə rəhbərlik edən nazirimiz dilimizi bilmir. Hazırkı baş nazirimizdən öncəki baş nazirimiz də dilimizi bilmirdi. Çoxları bilmir və bunu bizlər gözəl bilirik. Məmmədyarov soyadı ancaq rəsmi sənədlərdə belə yazılır, sadə camaatın dilində belə sələnir. Kabinetlərin bir çoxunda isə Məmmədyarov, Mamedyarov olur. Belə deyilmi? Bəlkə də deyil...
Şəxsən mənim üçün hanısa nazirin dilimizi bilməməsi təəccüblü deyil. Əlbəttə ki, dilimizi bilməsi, bilmələri əla olardı və hətta vacibdir! Ancaq dilimizdə danışıb millətimizə, dövlətimizə qənim kəsilənlərdənsə, dilimizi bilməyib, ölkəmizə düşmənçilik etməyənlərə daha çox üstünllük verərdim.
Qeyd etdiyim kimi, hanısa nazirin, məmurun dilimizi bilməməsi mənim üçün təəccüblü deyil, buna təəccüb etmirəm. Mənə maraqlı gələn məqamların bəzilərini sizlərlə bölüşüm:
"Azərbaycanda müəyyən işlərə qəbul edilmək üçün əcnəbi dilləri (ən azı birini) bilmək tələb olunur, ancaq öz dilimizi bilmək şərt kimi qoyulmur. Qoyulsa idi durum belə olmazdı.
- Sözü gedən nazirimiz (və dilimizi bilməyən digər məmurlarımız) ötən illər ərzində özlərini dilimizi öyrənmək məcburiyyətində hiss etməyiblər.
- Etiraf etməsələr də sirr deyil ki, kabinetlərdə telefon danışıqlarının çoxusu, yarızarafat, yarıciddi desək, katibələrlə olan danışıqların əksəriyyəti rus dilində gedir.
- Ölkəmizdə rus dili "elita dili" hesab olnur.
Təəccüb ediləcək, maraq göstəriləcək çox məqamlar var... Hansından yazasan, özümüzə qarşı oynadığımız oyunlardanmı, bəzilərinin başını kolluğa salıb quruqlarından xəbərsiz olmaqlarındanmı... Hansından? Növbəti dəfə oyunlardan yazmağı düşünürəm.
Deyilənlərə, yazılanlara inansaq Çarli Çaplin ölümündən öncə Pedro deyirmiş: "Tanrı ruhunu bağışlasın." "Niyə də olmasın? Nə də olsa öz malıdır" Çaplin deyib. Nə deyim, Məmmədyarovu da bağışlayaq, nə də olsa özümüzünküdür.

Vüqar Abbasov. Niderland. 

TƏQVİM / ARXİV