adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Noyabr 2018 00:11
2763
GÜNDƏM
A- A+

BÜTÜNLƏŞƏN GÖZƏLLİYİN CAZİBƏSİ BİR BAŞQADIR...

(əvvəli ötən sayımızda)

Aqroservis filialı tərəfindən cari ilin doqquz ayında məhsul istehsalçılarına güzəştli şərtlərlə 1173 ton azot, 356 ton ammofos, 476 ton karbamid, 338 ton nitroamofoska, 176 ton superfosfat, 5 ton fosfor gübrələrinin, həmçinin 2300 litr miqdarında müxtəlif növ pestisidlərin satışı təmin olunmuşdur.
Cari ildə payızlıq taxıl sahələrinin 8137 hektarında gəmiricilərə, 985 hektar sahədə taxıl böcəyinə, 8100 hektar sahədə müxtəlif növ alaqlara, 81 hektar sahədə çəyirtkəkimilərə, rayonun ayrı-ayrı ərazilərində 2472 hektar əkin və qeyri-əkin sahələrində ambroziyaya qarşı 630 hekter sahədə kimyəvi mübarizə aparılmış, 1672 hektar sahədə isə mexaniki yolla məhv edilmişdir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması, həmçinin yazlıq bitkilərin əkininə və payızlıqların biçini ilə əlaqədar hesabat dövründə 1654 nəfər istehsalçıya 974.5 min manat məbləğində yardımın ödənilməsi təmin olunmuşdur.
Hesabat dövründə rayon ərazisində torpaqların su təminatının yaxşılaşdırılması məqsədi ilə 296 min m3 həcmdə lildən təmizləmə, 36 ədəd hidropostda və 34 ədəd hidroqurğuda təmir işləri aparılmışdır.
Sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə 535.3 min m3 daşqın və selə qarşı məcratəmizləmə işləri aparılmış, 809 m3 qabyon və 934 m3 daş-beton bəndlərdə daşqın və selə qarşı sahilbərkitmə işlərinin aparılması məqsədi ilə təmir işləri aparılmışdır.
Ölkə başçısının "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" müvafiq sərəncamına uyğun olaraq rayonun 13 yaşayış məntəqəsində artezian quyularının qazılması nəzərdə tutulmuşdur. Hesabat dövründə rayonun 12 yaşayış məntəqəsində - Almalı, Oncallı, Qaratala, Cəlayir, Tasmalı, Qorağan, Qaxbaş, Meşəbaş, Əmbərçay, Zərnə, Qaşqaçay kəndlərində və Qax şəhərində artezian quyuları qazılmışdır.
Hazırda Qaradolaq kəndində artezian quyusunun qazılması istiqamətində müvafiq işlər həyata keçirilir.
Ötən dövr ərzində rayon ərazisində ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilmişdir. Belə ki, Şəki Regional Meşə Mərkəzinin Qax Meşəbəyliyi tərəfindən 24 hektar meşə əkini, 0.42 ha sahədə isə ting səpini aparılmışdır. Meşə əkinlərinə və səpinlərinə 1054 hektar sahədə xidmət göstərilmiş, müvəqqəti tinglik sahələrində 474 min əkin materialı yetişdirilmşdir.
İlisu Dövlət Təbiət Qoruğu tərəfindən Dövlət yasaqlığı ərazilərində və xüsusi mühafizə olunan təbiət əraziləri ilə həmsərhəd ərazilərdə fauna elementlərinin qorunması və mühafizə rejiminə əməl olunması ilə bağlı tədbirlər davam etdirilmişdir.
Ötən dövr ərzində 9 qanun pozuntusu aşkar olunaraq 6 min manat iddia qaldırılmış və həmin cərimənin 5400 manatının Qoruğun xüsusi fonduna köçürülməsi təmin olunmuşdur.
Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv inkişaf etdirilməsinə zəmin yaradan cins maldarlığın inkişafı və süni mayalandırmanın tətbiqinin daha da genişləndirilməsi istiqamətində aparılan tədbirlər davam etdirilərək cari ildə respublikaya idxal olunan yüksək məhsuldar cins düyələrdən 26 başının 6 nəfər heyvandarlıqla məşğul olan sahibkara 50 faiz güzəştlə lizinq yolu ilə satılması təmin olunmuşdur.
Hesabat dövründə 2938 baş inək-düyə yüksək məhsuldar törədici toxumları ilə süni yolla mayalandırılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 295 baş çoxdur. Süni yolla mayalandırılmış heyvanlardan ötən illə müqayisədə 536 baş çox olmaqla 1735 bala alınmışdır.
Süni yolla mayalanma nəticəsində doğulmuş hər baş buzova görə mal sahibinə 100 manat məbləğində subsidiyanın ödənilməsinə dair ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq hesabat dövründə 137 min manat vəsaitin ödənilməsi təmin olunmuşdur.
Rayonda keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3.8 ton artaraq 2243.1 tona, süd istehsalı 37.4 ton artaraq 12111.7 tona, yumurta istehsalı 7 min ədəd artaraq 5 milyon 945 min ədədə çatmış, 126 ton yun istehsal olunmuş, 4 özəl inkubatorda 400 mindən çox birgünlük cücə çıxarılaraq əhaliyə satılması təmin olunmuşdur.
Hesabat dövründə yolların əsaslı təmiri və abadlıq işlərinin görülməsi ilə bağlı büdcədə nəzərdə tutulmuş vəsait hesabına şəhərin S.Qazıyeva, M.Rahim, C.Məmmədquluzadə, Ü.Hacıbəyov küçələrində və H.Əliyev prospektinin giriş hissəsində yol və səkilərin təmiri işləri aparılaraq asfalt örtüyü salınmışdır. İ.Qabulov, Ə.Cavad, M.Maqomayev və Babək küçələrində təmir işləri davam etdirilmiş, Zərnə kəndinin giriş yoluna asfalt örtüyü salınmışdır.
Şəhərin İ.Qabulov, S.Qazıyeva, M.Rahim, C.Məmmədquluzadə, M.Maqomayev, Babək küçələrində və M.Müşviq küçəsi döngə 1-də su arxlarının və küçə divarlarının tikintisi işləri başa çatdırılmış, İ.Qabulov, S.Qazıyeva, M.Maqomayev, Babək küçələrində və M.Müşviq küçəsi döngə 1-də işıq dirəkləri quraşdırılmışdır. A.Bakıxanov, S.Şirvani, H.Cavid, M.Hüseyinzadə küçələrində, A.Məmmədov döngə 2-də və X.Natəvan küçəsinin bir hissəsində su arxlarının təmiri aparılmışdır.
Mənzil fondu hesabına şəhərin H.Əliyev prospekti 1a, 1b, 1v və 1q saylı binaların həyətində xeyir-şər binasının tikintisi davam etdirilmişdir. İ.Mustafayev küçəsi-150 ünvanındakı birmərtəbəli yaşayış evlərinin dam örtüyü dəyişdirilmiş, hazırda 2 kommunal yaşayış binasında təmir işləri aparılır. Hesabat dövründə 19 saylı Qaxingiloy və 16 saylı Qum kənd körpələr evi-uşaq bağçalarında təmiri işləri davam etdirilmiş, Qıpçaq kəndində 35 yerlik körpələr evi-uşaq bağçasının tikintisində son tamamlama işləri aparılmışdır. Təhsil Nazirliyi tərəfindən rayonun Qaradolaq, Qarabaldır, Qapıçay və Əmircan kəndlərində modul tipli məktəblərin tikintisində son tamamlama, şəhər 3 saylı tam orta məktəbində isə təmir işləri aparılmışdır.
Hesabat dövründə Tasmalı kəndində tam orta məktəb binasının, Fıstıqlı və Aşağı-Malax kəndlərində modul tipli məktəblərin tikintisinə başlanılmışdır.
Rayon üzrə qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi məqsədi ilə şəhər ərazisində 14 ədəd çoxmənzilli kommunal yaşayış binasının bloklarında və fasad hissələrində təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Ötən müddət ərzində 8 kommunal yaşayış binasının fasadlarının bir hissəsində və bloklarında təmir işləri başa çatdırılmış, 4 kommunal yaşayış binasında isə təmir işləri davam etdirilmişdir.
Hesabat dövründə İlisu kəndində 3 ulduzlu otelin və 65 yerlik otelin, Ağçay kəndində "Bergs" otelində yeni korpusun tikintisi başa çatdırılmış, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun yenidən qurulması, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin inzibati binasının, Qax şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilmişdir. Qax Damazlıq İpəkçilik Stansiyasının bərpasında və Baydarlı kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ Müharibəsi əlilinə fərdi yaşayış evinin tikintisində isə son tamamlama işləri aparılmışdır.
Müddət ərzində rayonda 69 ədəd fərdi yaşayış evi və 14 ədəd sahibkarlıq obyekti olmaqla, ümumilikdə 83 fərdi tikinti aparılmışdır.
Hesabat dövründə Dövlət İmtahan Mərkəzi tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanları keçirilmiş, imtahanlarda IX siniflər üzrə 605, XI siniflər üzrə 473 nəfər şagird iştirak etmişdir. IX siniflər üzrə müvəffəqiyyət faizi 94.59 faiz, XI siniflər üzrə isə 76.5 faiz olmuşdur.

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDZADƏ