ANA SƏHİFƏ / DÜNYA

Ruhani Avropa, Rusiya və Çindən kompensasiya tələb etdi

6144    |   2018-11-02 17:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İran Prezidenti Həsən Ruhani Avropa, Çin və Rusiyaya ABŞ-ın İranla nüvə razılaşmasından çıxdıqdan sonra İrana dəyən zərərin kompensasiya üçün nəzərdə tutulan yekun paketi təqdim etməyə və reallaşdırmağa çağırış edib.

Bu sözlər Ruhaninin "Faynənşl Tayms” qəzetində dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, dünya hazırda iqtisadi problemlər, sosial böhranlar, ksenofobiya, terrorizm və ekstremizmlə toqquşur. O, ABŞ-ın son iki ildəki xarici siyasətinin yeni problemə çevrildiyini və bunun beynəlxalq münasibətlərin fərqli cəbhələrində yeni çağırışlar yaratdığını bildirib:

"Trampın ticarət, beynəlxalq razılaşmalar məsələsinə yanaşması və onun hətta ABŞ-ın müttəfiqlərinə qarşı alçaldıcı manerası ABŞ-ın xarici siyasətinin qlobal nizam üçün necə yeni çağırışlar yaratdığını nümayiş etdirir. Qısacası, ABŞ administrasiyasının irqi diskriminasiya, islamafobiya və vacib beynəlxalq razılaşmalara, o cümlədən Paris iqlim razılaşmasına münasibətdə birtərəfli siyasəti prinsipial olaraq Avropanın dəyərləri və digər ictimai siyasi normalarla üst-üstə düşmür. Transatlantik münasibətləri ağırlaşdıran daha bir kritik məsələ İran nüvə razılaşmasıdır. ABŞ razılaşmadan çıxdıqdan sonra İran razılaşmanın digər üzvləri ilə konstruktiv danışıqlar apara bilib. Onların dəstəyi dəyərlidir, amma vacib olan Avropa, eləcə də Çin və Rusiyanın sanksiyaların zərərlərinin ortadan qaldırılması üçün yekun tədbirlər paketini təqdim etməsidir”.(axar.az)




İmza:
SON XƏBƏRLƏR
2018-11-21
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Baba, oxuduğun nədir elə?
- Tarixi romandır bala.
- Baba, bu axı erotik jurnaldır.
- Sənin üçün mənim balam bu erotikdir, mənim üçün artıq tarixdir...




digər lətifələr
ARXİV
FACEBOOK