Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Bakıda "Bulaq" restoranındakı atışma iştirakçısının cəzası azaldıldı Adalet.az | Bakıda "Bulaq" restoranındakı atışma iştirakçısının cəzası azaldıldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Bakıda "Bulaq" restoranındakı atışma iştirakçısının cəzası azaldıldı

8507    |   2018-11-02 15:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ali Məhkəmədə Badamdar qəsəbəsindəki "Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Fuad Əsgərov, Bəhruz Rəfiyev, Süleyman Abdullayev və Tofiq Qaramizədənin kassasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, F.Əsgərov, B.Rəfiyev və T.Qaramizədə kasassiya şikayətini geri götürüb.

Prosesdə Süleyman Abdullayevin şikayətinə baxılıb və məhkəmə qərarı elan edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarında dəyişiklik edilib və S.Abdullayevin cəzası 7 ildən 4 ilə endirilib.

Qeyd edək ki, hadisə 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Samur Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofuq Qaramizadə, Hüseyn Hüseynov, Bəhruz Rəfiyev və digər şəxslər tutulublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qaramizədə 7 il, Samir Allahyarov 10 il, Fuad Əsgərov 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il və Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilərək təqsirləndirilən Samir Allahyarovun cəzası 10 ildən 15 ilə, Fuad Əsgərovun cəzası 8 ildən 10 ilə və Süleyman Abdullayevin cəzası 4 ildən 7 ilədək artırılıb.




İmza:

Dövlət vergi müfəttişləri həbs edildi - RƏSMİ

Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib

Fədayə Laçın apelyasiya şikayəti verdi

Azərbaycanda 2 vəzifəli şəxs saxlanıldı - RƏSMİ

Vəkil: Fədayə Laçın apelyasiya şikayəti ilə tanış olub

Narkoloji Mərkəzdəki yanğında zərərçəkmiş: Kimsə qışqırdı ki, yanğın var, qaçın

Prokuror alimentə görə qayınatasını qətlə yetirənə 19 il cəza istədi

Baş prokuror: Gəncə hadisələri ilə bağlı intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir

Bakıda ər-arvad kirayədə qaldıqları evin mebellərini satdılar və...

Bu gün Gəncə hadisələrinə görə məhkəmə başlayır

İki hakim vəzifəsindən azad edildi

Trampın səfərindən sonra ABŞ səfirliyi hücuma məruz qaldı

SON XƏBƏRLƏR
2019-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK