adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Noyabr 2018 15:21
13981
KRİMİNAL
A- A+

DİN: 10 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarıldı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 10 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.

DİN-dən Adalet.az-a verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Şabanov saxlanılıb. Ondan çəkisi 8 kiloqram 200 qram olan marixuana götürülüb.

Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Bakı şəhər sakini Eldəniz Əhmədovdan çəkisi 2 kiloqramdan artıq marixuana götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.