Aqil ABBAS: DUST BİPƏRVA, FƏLƏK BİRƏHM, DÖVRAN BİSÜKUN

20846 | 2018-11-19 18:17

Bu misranı düz500 il əvvəl poeziyanın peyğəmbəriFüzuli yazıb. 500 il əvvəl. Göründostlarının etibarsızlığı Füzulini nə təhəryandırıb-tökübsə, necə qəlbinisındırıbsa , şair bu mövzuyaşeir həsr edib. Füzulidən 500 il sonra da Vaqif Bayatlı Odər (Cəbrayılzadə) də bu mövzuya qayıdıb:

Ax, zalımdostlar,

zalım qardaşlar

fələyin zülmünədüşəndən bəri

kimin nə vecinəki,

anamın əziziyəm,

kimin nə vecinəki,

anam yalvarırgöyə.

O qarasaçAllahım,

o gödəkboyAllahım

susub,

qorumurməni.

Birdə baxıb

görürsənki,

birboynuyoğun,

biryekəqarın

üzündəbir şillə yeri

durubgözləyir səni.

Amma

birboynuyoğun,

biryekəqarını

döymək

mənəbir az çətindi

birşilləlik canım var.

Ax,zalım dostlar,

zalımqardaşlar.

Dostunvə ya dostların etibarsızlığı kürəyə sancılmızxəncər kimidi. Düzdür, bu xəncər adamıöldürmür, amma bütün ömür boyu ürəyindəonun ağrı-acısı qalır, başqalarına dainamını itirir.

Buyazını hansısa incidiyim bir dosta görə qələmə almıram, incidilmiş dostlar vədostum olmayan incidilmiş insanlar üçün yazıram. Şükürlər olsun ki, mənitanıyanlar çox gözəl bilir ki, nə heç birdostuma etibarsızlıq etmişəm, nə də heç bir dostumdanetibarsızlıq görmüşəm. Amma bir-birinə dost deyərək, hətta qardaş deyərək hər günbir yerdə çörək yeyən, bir-birinin şəninə nəinki ayaqüstə, hətta təpəsi üstə sağlıqdeyən insanların bircə günün içində Vaqif Bayatlının təbirincə desək, çat verdiklərinin tez-tezşahidi oluruq.

Evimizin divarındakı çatlar,

Çatverən dostları

Sıranıza düzə-düzə

Nəqədər günahları vardı

Bağışladımsizə.

Şairdeyir ki, əgər daş çatlayırsa, heç insanlarıqınamağa dəyməz. Şair ürəyi kövrəkolduğuna görə çat verən dostlarını bağışlayır. Amma nə qədər bağışlasa da, onun ağrı-acısınıelə yaşayıb ki, belə şeir də yazıb.

Dostluğunrəmzi sayılan şair Zakir Fəxri də yanğı ilə yazır:

Ərketdiyim dostlar da

üzümədurdular

Sevdiyimqızlar da

sevgimiüzümə vurdular

Körpə-körpəumudlarım

Buyollarda əldən salıb

Məniyaman yordular

Ömrüncırhacırında

Qaldımüşüyə-üşüyə

Qaytarana,

Qaytarməni beşiyə!

Üçcür dostluğu əbədi görmüşəm: orta məktəbdostluğu, əsgərlik dostluğu, bir də komsomol dostluğu. Ömürlərinin sonuna qədər o adamlar bir-birini axtarar,tapar, bir-birinə həyan olar. Kökündənə dayanır? Çünki bu dostluqdaheç bir təmənna olmur. Mən birara komsomolda baş girələmişəm. Böyükbir məktəb idi, çox səmimi bir təşkilatidi. Çünki həm də təmiz təşkilat idi. Vəo təşkilatda çalışanlar əsgər dostları kimi, məktəb dostları kimi ömürlərinin axırına qədər bir-birini taparlar, bir-birilərinə həyanolarlar, bir-birilərini darda qoymazlar. Birinin əlinə bir balacaimkan düşən kimi hardasa işsiz və ya imkansız komsomol dostunu tapacaq,ona bir gün ağlamağa çalışacaq. Dəxli yoxdu onların biri Ağdamda işləyib, ya Ağcabədidə və ya Lənkəranda. İclaslardagörüşüblər, konfranslarda, qurultaylarda görüşüblər, tədbirlərdə biryerdə təmiz komsomol çörəyi yeyiblər. Komsomol 27 ildi ləğv olub. Ammabir balaca araşdırma aparsanız, görərsiniz ki, 27 il, 30-35 il əvvəl bir yerdətəmiz komsomol çörəyi yeyənlər yenə bir yerdədilər, dostdurlar.

Əzrayıllabağlı qəribə rəvayətlər var. Bu rəvayətləri yazmaq fikrim yoxdu. Adətən belədi ki,Əzrayıl yol keçərkən ağacın altında süfrəaçıb nahar edən bir yolçu onuyeməyə dəvət edir, bir qismət çörəkkəsirlər. Əzrayıl qalxandakimliyini bildirir və həmin o çörəyi kəsdiyi adamahansısa bir imtiyaz tanıyır. Təbiiki, Əzrayıl mələkdi, çörək yemir. Bu rəvayətləri yaradanlar hətta Əzrayılın bir tikə çörəkdənkeçmədiyini vurğulamaqla insanlara nəyisəaşılamağa çalışırlar.

Amma baxırsanki, birnəfər kiminsə bir tikə yox ey,bir ton çörəyini yeyib və günlərinbirində Əzrayıldan fərqli olaraq o birton çörəyi tapdalayır. Və birton çörəyini yediyi kişinikürəyindən xəncərləyir.

Çörəyi dizininüstə olandan

Kişilik gözləmə,mərdlik gözləmə.

Çörəyi dizininüstə olmağı cəhənnəm ey, heç demə çörəyi ayağının altına alıbmış!

Bu da əsasən məmur"dostluğunda" baş verir. Bir də görürsən ki, hansısa bir yüksək vəzifəliməmurun işləri dolaşığa düşür. Dünənəcən süfrəsində oturan, şəninəsağlıqlar deyən "dostlar"aradan çıxdılar. Heç telefonlarına da cavab vermədilər. Xeyirdə-şərdərastlaşanda özlərini görməməzliyə qoydular.

Məmməd Araz deyir:

Qəfil düşdüm bədtaleyin kəməndinə mən,

Axırdönüb bu halımla barışan oldum.

Dahatənqid biçinində az itilənən,

Dahatərif xırmanında az daşan oldum.

Dibbucaqda beli bükük,

Lüləsidonuq, -

Hörümçəyəbağışladım ov tüfəngimi.

Gününçoxu yuxuludur ev telefonu,

Gününçoxu diksinməyir qapı zəngimiz.

Yox,ürəyim, daş qulazla ötəri dərdə,

Qəmüstünə sevincini hörməyi bacar.

Öncərgədən son cərgəyə adlayıb hərdən

Görünməyənməqamları görməyi bacar.

Özvaxtında ayırmadın şahini sardan,

Azqoşmadın boş xarallar şəninə dastan.

Qaranquşa,sığırçına meylimi sallam,

Ürəyimdəyuva qurmaz köçəri dostlar.

Birdə üzməm yalan vədlər cəzirəsinə,

Köpüklərəip atmağın faydası nəymiş?

Birvəzifə kürsüsünün cazibəsi nə,

Birtelefon dəstəyinin ədası nəymiş!

Mənbu hala gülə bildim,

Ağlayabildim:

Əhd-ilqarda "baxarıq"lı, "görək"li imiş;

Mənömrümün aşrımında anlaya bildim:

Nəçiliyimkimliyimdən gərəkli imiş...

Yənihəmin ayağı büdrəyən dostun vəzifəsi, nəçiliyi çat verən dostlar üçün onun insanlığından gərəkliimiş. Sevgi, o sağlıqlar, o təriflər onunözünə deyilmiş, kreslosuna, vəzifəsinəymiş.

Vədostlarını yarı yolda qoyub qaçan çat verənlər unudurlar ki, belə bir tale onları da gözləyir.Özləri çat verdikləri kimi günlərin bir günü böyür-başlarındakı da çatverib aradan çıxacaqlar.

Bizniyə beləyik, görəsən?

Doğrudanmı 500 il əvvəl də belə olub, bu gün də belədi?! Çox pis!

Füzulininməlum şeirinin ikinci misrası lap müdhişdi:

Dərdiçox, həmdərdi yox,

düşmənqəvi tale zəbun.

P.S.Universitetdə oxuyanda görkəmli yazıçımız Mövlud Süleymanlı məni dəvət eləmişdi"Bulaq verilişinə, tez-tez bu verilişüçün yazılar hazırlayırdım. Hər ay həmin verilişə bəlkəyüzlərlə məktub gəlirdi: nağıllar, rəvayətlər,hədislər, bayatılar, atalar sözləri vəsair və ilaxır. Boş vaxtlarımda həmin məktubları oxuyardım. Orda dostluqhaqqında qəribə bir rəvayət qarşımaçıxdı. Çox ibrətamiz rəvayət idi. Vaxt tapıb48 il əvvəl oxuduğum həmin rəvayəti yazacam, qırdı-qaçdı dostlar üçün bir ibrət olsun.


TƏQVİM / ARXİV