ANA SƏHİFƏ / KRİMİNAL

Tovuzda evə basqın edərək pul və qızıl tələb edən 2 nəfər saxlanılıb

2166    |   2018-11-02 13:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini olan bir qadının evinə qanunsuz daxil olaraq quldurluq yolu ilə pul və qızıl tələb edən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Tovuz rayonunun Hacallı kənd sakini olan Zərniyar Səmədova RPŞ-yə müraciət edərək yaşadığı evə qanunsuz daxil olan 2 nəfər maska geyinmiş şəxsin ona zor tətbiq edərək pul və qızıl-zinət əşyaları tələb etdiklərini bildirib. Qadının müqavimət göstərdiyini görən həmin şəxslər qaçaraq oradan uzaqlaşıblar. Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən həmin şəxslərin rayonun Mülkülü kənd sakini 24 yaşlı Azad Ələkbərov və onun tanışı Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 26 yaşlı Vüqar Qurbanov olduğu müəyyən edilib.

Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və törətdikləri əməli etiraf etməklə yanaşı, cinayətin törədilməsində istifadə olunan 1 ədəd maskanı təqdim ediblər.

Faktla bağlı araşdırma aparılır.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK