Spiker HİRSLƏNDİ: “Bura nə ABŞ-dır, nə də Hollivud”
Milli Məclisin bu gün keçirilən iclasında daha bir mübahisə yaranıb.
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanun layihələrini Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov geniş təqdim edib.
Milli Məclisin sədri Oqtay Əsədov isə qanun layihəsini III oxunuşda geniş təqdim etdiyinə görə Rafael Hüseynova irad tutub.
"Rafael müəllim, qanun layihəsi artıq üçüncü oxunuşda müzakirəyə çıxarılır. Ancaq sən təzə qanun layihəsi təqdim edirsən. Bura nə ABŞ-dır, nə də Hollivud. Bura Azərbaycandır və qanun layihəsi də 3-cü oxunuşda müzakirəyə çıxarılır”.
Daha sonra Rafael Hüseynov Oqtay Əsədova cavab verib: "İcazə verin mən sözümü bitirim. Sonra qanun layihəsini təqdim edəcəyəm”.
Digər Xəbərlər
19 Aprel 2024 16:47
İlham Əliyev gələn həftə Putinlə görüşəcək
19 Aprel 2024 16:16Lavrovdan sülhməramlıların fəaliyyətsizliyi ilə bağlı AÇIQLAMA
19 Aprel 2024 16:01İlham Əliyev Şoltsla Berlində GÖRÜŞƏCƏK
19 Aprel 2024 15:32Ceyhun Bayramov Məhəmməd Mustafa ilə telefonla danışıb
19 Aprel 2024 14:04