ÇOVĞUN - FAİQ QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
53447 | 2018-11-04 12:46

…Hava o qədər soyuq idi ki, evdən bayıra çıxmaqmümkün deyildi. Evdən bayıra çıxmaq mümkün olmasa da, amma o mütləq oğlunugötürməli və bu qarlı-çovğunlu havada həkim yanına getməli idi. Bir istədiki, getməsin , ancaq tez də fikrindən daşındı. Getməsəydi uşağın vəziyyəti bir az da ağırlaşacaqdı və çətin ki,bu xəstəlik sağalasıydı.

…Bayıra bir də diqqətlə baxdı. Gördü ki, yox,bir qar yağır ki, az qala hər tərəfi ağ rəngə boyaya. Üstəlik də axşamdan əməlli-başlı qar yağmışdı. Hava da soyuq olduğuna görə, yağan qar donub yerdə qalmış və onun üstündə getmək elədə asan deyildi. Qarın üstüylə getmək asanolmasa da, bu adam bu cür havalara öyrəşmişdi.Oğlunun qulaqlı papağını uşağın başına qoydu. Ağzını şərflə möhkəm-möhkəmsarıdı, əlinə də əlcək geyindirdi. Özü dəpis geyinmədi. Köhnə qalın dublyonkasını və bir də pambıq papağını başına keçirtdi. Uşağı qucağına alıbevdən çıxdı.

…Hardasa kəndin çətin yollarını bir qədərkeçib dayandı. Bir qədər keçib dayansada az qala əldən düşmüşdü. Hələ səhəryenicə açılırdı. Və heç kəs də gözədəymirdi. Heç kəç gözə dəyməsədə uzaqdan itlərin səsi gəlirdi. Bir qədər dksinənkimi oldu. Soyuq süimüyünə qədər işləmişdi.Uşaq isə onun sinəsinə sığınmışdı. Hələ səhərtam açılmamışdı. Qarı ayaqlaya-ayaqlaya irəliləyirdi. Kənddən xeyli uzaqlaşmışdı. Uşağı bir az da bağrınabasdı. Gördü ki, oğlu üşüyür. Oğlu diqqətlə atasına baxdı:

- Ata, hələ çatmırıq?

- Bir az döz, çatacağıq.

Qarşıdakı uçurumayaxınlaşanda ayağı sürüşdü və arxası üstə dərəyə yuvarlandı. Başındakı papağı külək apardı.Gördü ki, uşaq əlindən sürüşəcək var qüvvəsi ilə uşağıbir az da bağrına basdı. Beli necə möhkəm yerə dəymişdisə, ağrısından ufuldayırdı. Sevindi ki, beli daş-kəsəyə dəysədə, uşağa bir şey olmamışdı. Qorxurdu ki, uşağa bir şey ola, onunla da bütün istəkləri alt-ust olar.

… Çox çətinliklədüşdüyü dərədən çıxmağı bacardı. Nə illah eləyirdi irəli gedə bilmirdi. Çovğun möhkəmlənmiş, qar isə onun sifətinə qırma kimi dəyirdi. Amma uşağın üzünü sinəsinə basdığına görə qırma kimi yağan qar uşağınçöhrəsinə dəyə bilmirdi. Nəfəsi ilə üşüyən uşağıqızdırırdı. Özü əldən düşüb qan tərəbatsa da bütün gücüyləuşağı sinəsinə basmışdı. Kənddən uzaqlaşmışdılar.Həkimin yanına çatmağa bir kilometr məsafəqalmışdı.

… Uzaqdansa ulartısəsi gəlirdi. Kəndə yaxşı bələd olduğu üçünbilirdi ki, bu ulartı canavarların səsidi. Canavarlar ağız-ağıza verib uladıqca sinəsinə basdığı oğlu diksinirdi. O da tez-tez oğluna deyirdi ki,qorxub eləmə , bu səslər itlərin səsidi. Bir qədər gedəndənsonra qabağına ulayan canavarlar çıxdı. Lap qabaqda dişi canavar dayanmışdı. Gözlərini bərəldibona zilləmişdi. Və onun gözləri maşın işığı kimi par-par parlayırdı. Arxasındaisə dörd iri boz erkək canavar dayanmışdı. Dişi canavar kişiyə baxdı, kişi də dişi canavara. Onu əcəl təri basdı və cum-culuq su oldu. Özündən qorxmurdu, sinəsinə basdığıoğlundan qorxurdu. Əlini cibinə atdı, cibindəki bıçağıhazır vəziyyətə gətirdi və dodağının altında da Allaha yalvarmağabaşladı və «Kəlmeyi-şəhadət»ini oxudu.

… Dişi canavar birona baxdı və kişi də dişi canavara baxdı.Bir-birinə xeyli baxdılar. Kişini tər basdı,dişi canavarı isə tamah üstələdi. Birdən elə oldu ki, dişi canavar gözünü ondançəkib başqa istiqamətə səmt aldı. Dişicanavar başqa istiqamətə gedən kimi dörd erkək boz canavar da onun dalınca götürüldülər. Qan-tərə basmış kişinin tutulmuş dili açıldı.Və yavaş-yavaş özünə gəlməyə başladı. Uşaqbu səhnələri görməmişdi. Və uşaq bu səhnələrigörmədiyinə görə də bütün gücüyləatasının sinəsinə sığınmışdı.

Güclü külək canavarın səsinə bənzəyən səs çıxarırdı . Və uşaq yenə qorxub atasınasığındı. Bu dəfə atası sakit halda dilləndi:

- Qorxma, oğul, itsəsi deyil, küləyin uğultusudu. Bir azca da döz, artıq həkiməçatırıq.

Uşaq bir azca dadözdü. Kişi bir azca da səbrli oldu. Havabir azca da sərtləşdi. Hava sərtləşdikcə,çovğun qopduqca vəziyyət daha da ağırlaşırdı. Ev uzaqdan görünürdü. Cəmi-cümlətani iki yüzmetr məsafə qalmışdı. Beş kilometri gələn bu ikiyüz metri də gedəcəkdi.

Özünü həkimin yaşadığı mənzilə çatdırdı. Gördü ki, qapı açıqdı,heç qapını döyməyə ehtiyac da yox idi. Həkim ona baxıb bir ax toxtaqlıq verdi:

- Belə havada nə olmuşdu gəldiniz, dünya dağılmırdı ki. Tərs kimi də çovğundu. Heç çovğunda da adam yola çıxar?

Kişi heç bir şeydemədi. Təkcə onu dedi:

- Həkim, qurban olum,bütün ümidim sənədi. Hər yerdən əlim üzülüb.Uşaq canı ilə əlləşir. Göydə Allah, yerdə sən.

… Otağa girən kimisobanın istisi onun və uşağın sifətinəvurdu. Uşaq yatmışdı. Elə yatmışdı ki, elə bil yorğan-döşəkdəydi. Həkim diqqətlə yatan uşağa baxdı, sonra da dilləndi:

- Əgər uşaq yatırsa,qorxulu heç nə yoxdu. Get Allaha dua eləki, yolda canavarlar sizi parçalamayıb.

Otağın istisindəuşağın yuxusu daha da bal kimi şirin olmuşdu.Bal kimi şirin olan yuxudan uşaq oyanmırdı. Həkim də, ata da mışıl-mışıl yatan uşağınyuxudan oyanmağını gözləyirdi. Uşağınsa çöhrəsində elə bil ki, günəş doğmuşdu…


TƏQVİM / ARXİV