adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Noyabr 2018 12:31
3509
GÜNDƏM
A- A+

Əli Hüseynli: Son illərdə 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb

Son dövrlər Azərbaycanda korrupsiyaya və neqativ hallara qarşı mübarizənin gücləndiririlməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıq və tövsiyələr məhkəmə-hüquq sistemindən də kənarda qalmayıb. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan artıq hakim barədə intizam icraatı başlanılıb, qanun pozuntusu və digər neqativ hallara yol verdiyinə görə 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

O qeyd edib ki, 2007-ci illə müqayisədə hakimlərin sayı 2 dəfə artıb. Bununla yanaşı, məhkəmə-hüquq islahatları çərçivəsində institusional tədbirlər də görülüb.