adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Noyabr 2018 12:15
4949
GÜNDƏM
A- A+

Parlamentin iclası başladı

Milli Məclisinin növbəti iclası başlayıb.

Adalet.az-ın məlumatına görə, iclasa sədrliyi spiker Oqtay Əsədov edir. İclasın gündəliyinə 16 məsələ daxildir.

Bunlar "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanunlarına, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir.

Bugünkü iclasda Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apellyasiya məhkəmələrinə yeni hakimlərin təyin edilməsi məsələsi də müzakirə ediləcək.