warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | “İnstagram”da insanları aldadaraq pulllarını mənimsəyən şəxs saxlanılıb Adalet.az | “İnstagram”da insanları aldadaraq pulllarını mənimsəyən şəxs saxlanılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

“İnstagram”da insanları aldadaraq pulllarını mənimsəyən şəxs saxlanılıb

5879    |   2018-11-02 12:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sosial şəbəkələrdə insanların etimadını qazanan və həmin şəxsləri aldadaraq onlara külli miqdarda maddi ziyan vuran şəxslərə qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə "İnstagram” sosial şəbəkəsində "hacker_azerbaijan” və "hacker_club_aze” adlı səhifələrin sahibinin vətəndaşların etibarından sui-istifadə edərək onları dələduzluq yolu aldatdığı barədə çoxsaylı müraciətlər daxil olub.

Aparılan əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, həmin səhifədə insanlara pul müqabilində guya xüsusi kompüter proqramlarının köməkliyi ilə qarşı tərəfin xəbəri olmadan mobil telefonun yönləndirilməsi, telefonda ön kameranın açılması və bu üsulla telefon sahibinin gedəcəyi yerlər haqqında məlumatların əldə edilməsi, həmçinin universitetlərə qəbul imtahanları zamanı keçid balının qaldırılması, sosial şəbəkələrdə profillərin izlənməsi kimi uydurma xidmətlər təklif olunur.

Keçirilən əməliyyat-axtarış və texniki tədbiri nəticəsində "hacker_azerbaijan” və "hacker_club_aze” səhifəsinin Mingəçevir şəhər sakini Cavid İbadov tərəfindən idarə olunduğu müəyyən edilib və o, saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırma zamanı müəyyən edilib ki, C.İbadov qarşı tərəfin şəxsi məlumatlarını və pulunu əldə edən kimi həmin şəxsləri sosial şəbəkələrdə "qara sıyahı”ya ataraq onlarla əlaqələrini kəsib. Həmçinin o da müəyyən edilib ki, C.İbadov tələb etdiyi pulu ona göndərməyən insanları həmin şəxslər barəsində əldə etdiyi məlumatları yayacağı ilə də hədələyib.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin hələlik istintaqa məlum olan 3 nəfərdən ümumilikdə 9000 manat pul aldığı sübuta yetirilib. C.İbadovun adları qeyd edilən səhifələr vasitəsilə "İnstagram” sosial şəbəkəsində aldatdığı və pulunu mənimsədiyi başqa şəxslər varsa, bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat verə bilərlər.

Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edərək sosial şəbəkələrdən istifadə edən zaman bu tipli vədlər verərək insanları dələduzluq yolu aldadan və pullarını mənimsəyən, həmçinin müəyyən xidmətlər müqabilində şəxsi məlumatlar tələb edən səhifələrdən uzaq durmağı tövsiyyə edir.




İmza:

Bakıda yaşlı qadınlara zor tətbiq edən şəxs TUTULDU

"Lotu Quli”nin dəstəsi “iş başında” tutuldu - VİDEO

Axtarışda olan 41 nəfər saxlanılıb

Sərhəddən 300 kilodan çox narkotik keçirmək istədilər - FOTO

Bakıda keçmiş məhkum avtomobildən oğurluq edib

İki gün ərzində 31 cinayətin üstü “isti izlər”lə açılıb

Paytaxt sakinindən tapança götürüldü

Cəlilabadda polis DTX ilə birgə əməliyyat keçirdi - Külli miqdarda narkotik aşkarlandı

DGK: Narkotik daşıyıcısı kimi qadınlardan istifadə halları artıb

DGK: Ötən il Azərbaycanda 1 tondan çox narkotik maddələr saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

8 il sonra açılan cinayət: Qızılları oğurlayan şəxs hazırda həbsxanada imiş...

SON XƏBƏRLƏR
2019-03-20
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.57%)
Yox (21.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK