Öz yerini tapa bilməyənlər

OĞUZ AYVAZ
44979 | 2018-11-07 18:56

İnsanlar həmişə özlərini ifadə etməkdə çətinlik çəkirlər. Özünü tapabilməyənlər özlərini ədəbiyyata soxuşdurmaq istəyirlər. Bizim ədəbiyyatda da"n” qədər belə adamlar var. Bədbəxtlik ondadır ki, bir adam demir, a kişi,sənin yerin səhvdi. İşdən ayrılır, şeir yazır, sevgilisindən ayrılır, şairolur, kitab oxuyur, yazıçı donuna girir və s.

Bir tanış var. Ömrü boyu bir kitab üzü açmayıb, həyatında yaşadığıuğursuzluqları aforizmlərə çevirib. Özünə də filosof deyir. Üstəlik kitab daçıxartdırdı, təqdimat da elədi. Sosial şəbəklərdə bəh-bəhlə fotolarını paylaşdıki, qoy camaat buna uğurlar yazsın. İnsanlar şöhrətə, dahi olmağa o qədərmeylli olurlar ki, bir də ayılanda görürlər hər şey alt-üst olub. Həyatlarıyolda qalıb.

Bizim millət əslində istedadlı millətdi. Amma yerlərinin harda olduqlarınıtapa bilmirlər. Ona görə də istedadsız kütlə yaranır. Yaxud da başqa bir misalçəkək. Üç-dörd kitab oxuyub həmən roman yazmağa girişir.

Adam var ki, iqtisadiyyatdanyaxşı başı çıxır, gedib bu işin qulpundan yapışmır, tamam ayrı sahəyə başvurur. Ya da yaxşı səsi olan biri mahnı oxumaq əvəzinə, gedir şeir yazır.İnsanlarımız belədi. Özlərini sınamaq yox, fərqli şeylər etmək onlarlıq deyil.

İnsanlar yaddaşlarda, tarixdəqalmaq istəmirlər. Sadəcə öz eqolarını, qürur hisslərini bəsləməklə məşğul olurlar. Qoy camaatdesin, bu nə kişidi! Biz nə vaxta qədər başqaları üçün yaşayacağıq? Nə vaxtaqədər özümüzdən qaçacağıq? Bəlkələr axırımıza çıxmasa yaxşıdı...

Belə-belə özlərini aldadırinsanlar. Xoşbəxtliyi imitasiya edirlər. Ona görə də maskalanırlar. Özü də bir şey dədeyim, bu insanların əksəriyyətinin maddi vəziyyəti yaxşıdı. O zaman bunlarındərdi nədi? Niyə öz həyatlarına türklər demiş, odaklanmırlar? Bu niyələrsonsuza qədər davam edəcək.

Çox vaxt da qibtə etdikləriinsanlara baxıb "kaş mən də onun kimi olardım” deyə düşünürlər. Bu olmayan, kor düşüncəonların axırına çıxır. Ay insanlar, siz ilk öncəözünüzlə dost olun, özünüzü özünüzə təslim edin. Başqalarının həyatları sizə nəgətirəcək?

İstedad hər kəsə verilib. Ola bilməz ki, bir insan tamamilə istedadsızolsun. O nə vaxt istedadsız olur? Öz yerində olmayanda. Tutaq ki, şeir yazır,baxırsan, qurudur, sözlər ölə-ölə çıxır ağzından. Bu həqiqəti ona deyirsən,amma xeyri olmur, yenə də yazır, yenə də özünü şair hesab edir. Bəlkə o adam yaxşı bir tarixçi ola bilər, kim bilir?Nə yapışmısan şeirdən? Burda "şair” sözünü başqa sözlə də ifadə edə bilərsiniz.Ümumiyyətlə, həyat özünü ifadə etmək yeridir. Özünü tapmalısan. Sən hardasan?Harda uğur qazana bilərsən? Bax o zaman həyat sənə təbəssüm edəcək...

TƏQVİM / ARXİV