warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Öz yerini tapa bilməyənlər Adalet.az | Öz yerini tapa bilməyənlər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Öz yerini tapa bilməyənlər

15699    |   2018-11-07 18:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsanlar həmişə özlərini ifadə etməkdə çətinlik çəkirlər. Özünü tapa bilməyənlər özlərini ədəbiyyata soxuşdurmaq istəyirlər. Bizim ədəbiyyatda da "n” qədər belə adamlar var. Bədbəxtlik ondadır ki, bir adam demir, a kişi, sənin yerin səhvdi. İşdən ayrılır, şeir yazır, sevgilisindən ayrılır, şair olur, kitab oxuyur, yazıçı donuna girir və s.

Bir tanış var. Ömrü boyu bir kitab üzü açmayıb, həyatında yaşadığı uğursuzluqları aforizmlərə çevirib. Özünə də filosof deyir. Üstəlik kitab da çıxartdırdı, təqdimat da elədi. Sosial şəbəklərdə bəh-bəhlə fotolarını paylaşdı ki, qoy camaat buna uğurlar yazsın. İnsanlar şöhrətə, dahi olmağa o qədər meylli olurlar ki, bir də ayılanda görürlər hər şey alt-üst olub. Həyatları yolda qalıb.

Bizim millət əslində istedadlı millətdi. Amma yerlərinin harda olduqlarını tapa bilmirlər. Ona görə də istedadsız kütlə yaranır. Yaxud da başqa bir misal çəkək. Üç-dörd kitab oxuyub həmən roman yazmağa girişir.

Adam var ki, iqtisadiyyatdan yaxşı başı çıxır, gedib bu işin qulpundan yapışmır, tamam ayrı sahəyə baş vurur. Ya da yaxşı səsi olan biri mahnı oxumaq əvəzinə, gedir şeir yazır. İnsanlarımız belədi. Özlərini sınamaq yox, fərqli şeylər etmək onlarlıq deyil.

İnsanlar yaddaşlarda, tarixdə qalmaq istəmirlər. Sadəcə öz eqolarını, qürur hisslərini bəsləməklə məşğul olurlar. Qoy camaat desin, bu nə kişidi! Biz nə vaxta qədər başqaları üçün yaşayacağıq? Nə vaxta qədər özümüzdən qaçacağıq? Bəlkələr axırımıza çıxmasa yaxşıdı...

Belə-belə özlərini aldadır insanlar. Xoşbəxtliyi imitasiya edirlər. Ona görə də maskalanırlar. Özü də bir şey də deyim, bu insanların əksəriyyətinin maddi vəziyyəti yaxşıdı. O zaman bunların dərdi nədi? Niyə öz həyatlarına türklər demiş, odaklanmırlar? Bu niyələr sonsuza qədər davam edəcək.

Çox vaxt da qibtə etdikləri insanlara baxıb "kaş mən də onun kimi olardım” deyə düşünürlər. Bu olmayan, kor düşüncə onların axırına çıxır. Ay insanlar, siz ilk öncə özünüzlə dost olun, özünüzü özünüzə təslim edin. Başqalarının həyatları sizə nə gətirəcək?

İstedad hər kəsə verilib. Ola bilməz ki, bir insan tamamilə istedadsız olsun. O nə vaxt istedadsız olur? Öz yerində olmayanda. Tutaq ki, şeir yazır, baxırsan, qurudur, sözlər ölə-ölə çıxır ağzından. Bu həqiqəti ona deyirsən, amma xeyri olmur, yenə də yazır, yenə də özünü şair hesab edir. Bəlkə o adam yaxşı bir tarixçi ola bilər, kim bilir? Nə yapışmısan şeirdən? Burda "şair” sözünü başqa sözlə də ifadə edə bilərsiniz. Ümumiyyətlə, həyat özünü ifadə etmək yeridir. Özünü tapmalısan. Sən hardasan? Harda uğur qazana bilərsən? Bax o zaman həyat sənə təbəssüm edəcək...



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2019-05-22
2019-05-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK