Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Kaş onda olaydı... Adalet.az | Kaş onda olaydı... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Kaş onda olaydı...

2648    |   2018-11-02 00:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İlin on birinci ayının ikinci günü - doğulduğum tarixi yenə də nikbinliklə qarşılayıb, gələcəyə ümidlə, inamla boylanıram.




Yaşım üstələyib duyğularımı,
Uzaq səfərlərə qalmışam həsrət;
Düzürəm sıraya uğurlarımı,
Səhvim, nöqsanım da az deyil fəqət.
Nə var-dövlətim var, nə də daxılım,
Gah çıxıb zirvəyə, gah enib dərdim;
O zaman olsaydı indiki ağlım,
İki-üç xarici dil öyrənərdim.
Yolumda şam kimi can yandırıblar,
Bədxaha dostumsan deməyim xəta;
Məni surətpərəst adlandırıblar,
İnsafsız gözəli sevməyim xəta!
Yuxum səhərədək ərşə çəkilib;
Ürəyim elə bil şişə çəkilib;
Harda büdrəmişəm, harda çaşmışam?
Böyüklər içində uşaqlaşmışam.
Kimiydi xeyirxah, kimiydi zalım?
Kaş onda olaydı indiki ağlım!
Mən də unutmuram ötən günləri,
İşin sonrasını heç düşünmədən,
Məmur qapısında itən günləri
Dərin köks ötürüb anıram hərdən.
Bir az təzadlıdır ömür nağılım,
Sözümün qayəsi - məğzi budur, bu:
O zaman olmazdı indiki ağlım,
Həyatın təkamül qanunudur bu!

Söz

Kəpəzin tək daim uca,
Xəzərin tək dərinsən, söz!
Gəzə-gəzə, uça-uça,
Əməl olub görün sən, söz!

Kimsəsizi çağr, ovut!
Yıxılanın əlindən tut;
Rəşadətdə Dədə Qorqud,
Sədaqətdə Şirinsən, söz!

Sür ünsiyyət karvanını,
Süz igidlik meydanını;
Düz seçəndə ünvanını,
Həm acı, həm şirinsən, söz!

Sazağında rəqib donar,
Məşəlin hey alovlanar;
Ocaq kimi sönməz, yanar,
Bulaq kimi sərinsən, söz!

Sərraf girər xəzinənə,
Yurdun - geniş ürək, sinə;
Ulduza da qonsan, yenə
Yer yuvandır, Yerinsən, söz!

Göz

O şirin göl,
O şor dəniz
Göz yaşındır,
Yer kürəmiz!
Mavi sular,
Göy dəryalar
Göz yaşındır,
Yer kürəmiz!
Göz kimisən,
Yer kürəmiz!
"Göz üstündə..." deyənlərin.
Halal çörək yeyənlərin,
Özü üçün yananların,
Bütün yaxşı-yamanların
Ümidisən, Yer kürımiz!
Göz kimisən, Yer kürəmiz!
Qoy eşitsin harayımı yaxın-uzaq:
Səni hərgah kor olmaqdan qorumasaq,
Gözsüz, gözsüz qalar aləm,
Vallah bizsiz qalar aləm!

P.S. Xalqımızın şairini biz də ürəkdən təbrik edirik.



İmza: Oqtay RZA
SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (100%)
"Arsenal" (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK