adalet.az header logo
  • Bakı 20°C
02 Noyabr 2018 00:19
2410
GÜNDƏM
A- A+

BÜTÜNLƏŞƏN GÖZƏLLİYİN CAZİBƏSİ BİR BAŞQADIR...

Bu da bir həqiqətdir ki, 15-20 il bundan əvvəllərə kimi Qax rayonu daha çox təbiət gözəllikləri, növ-növ bulaq suları, özünəməxsus dağlı mətbəxi, eyni zamanda sərin İlisu kəndi və adlı-sanlı alimləri ilə tanınırdısa, indi vəziyyət tamam başqa cürdür. Son dövrlər bu rayon kəndli-şəhərli o qədər dəyişib, o qədər inkişaf edib ki, daha bu yerlər üçün ayrıca vaxt seçmək, yalnız ehtiyac yarananda üz tutmaq yanaşmaları yoxdur. Daha hər fəslin özü bir gözəllik, bir rahatlıq yaradır insana - yayın da, qışın da öz cazibəsi var. Müasir tikililər, modern turizm mərkəzləri, rahat yollar, qaz, elektrik, su, rabitə, bənzərsiz mətbəx... Bəli, Qax rayonu, ayrıca olaraq Qax şəhəri sürətli inkişaf nəticəsində modernləşən bir məkana çevrilməkdədir. Vətənin gözəl, incə, qədimliklə müasirliyin və təbiət füsnkarlığının qovuşduğu məkana...
Təbii prosesdir əlbəttə ki. Ölkədə gedən quruculuq işləri, Dövlət Proqramlarının uğurlu icrası məhz Qax rayonu üçün də arzulanan təntənə bəxş etmişdir. Bu səbəbdən də bütün qaxlılar həmişə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdar olduqlarını bildirirlər.
Rayonun daha mükəmməl inkişaf perspektivi sözsüz ki, iqtisadi yüksəliş və turizm potensialları üzərində qurulur. Biz bu və digər məsələlər haqqında Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə çox müzakirələr, söhbətlər aparmışıq.
Musa müəllimi bacarıqlı və işgüzar dövlət məmuru olmaqla yanaşı, həm də səmimi və ziyalı bir şəxs kimi tanıyırlar. Söhbətlərimiz zamanı insanda xoş əhval-ruhiyyə, nikbinlik yaradan ictimai-siyasi, tarixi, mədəni və mənəvi diskusiyalar yox yerdən yaranmır da. Bütün bunlar iqtisadi və maddi-mənəvi yüksəlişin təcəssümü və təsdiqidir.
Qax rayonunda da 2018-ci ilin doqquz ayının iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda müzakirə edilən məsələ haqqında geniş söhbət getmiş və qarşıda duran vəzifələr müəyyənləşmişdir. Yığıncaqda məruzə ilə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev demişdir:
- Məlum olduğu kimi 2018-ci ilin oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçrilmişdir. Giriş nitqində ölkə başçısı 2018-ci ilin doqquz ayında qarşıya qoyulan vəzifələrin icra olunduğunu, ölkəmizin daha da gücləndiyini, beynəlxalq əlaqələrimizin dərinləşdiyini və Avropa İttifaqı ilə əlaqələrin inkişafı istiqamətində mühüm addımların atıldığını bildirmişdir. Hazırda bölgədəki və dünyadakı narahatedici məqamların çoxluğundan danışan ölkə başçısı qeyd etmişdir ki, mümkün xarici risklərdən qorunmaqla ölkəmizdə sabitlik möhkəmlənir, xalqımızın rahat həyatı təmin olunur.
Prezident İlham Əliyev respublika iqtisadiyyatının əsas göstəriciləri haqqında danışaraq bildirmişdir ki, bu ilin doqquz ayı ərzində ümumi daxili məhsul 0.8 faiz, qeyri-neft sektoru 1 faiz, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi 10.8 faiz və kənd təsərrüfatı 4.3 faiz artmışdır. İnflyasiya 2.6 faiz olmuş, əhalinin gəlirləri 9.5 faiz artmış, valyuta ehtiyatları 45 milyard dollara çatmışdır.
Cari ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulmuşdur ki, bunun da 5.6 milyard dolları qeyri-neft sektorunun payına düşmüşdür. Xarici ticarət dövriyyəsi və ixrac 37 faiz, o cümlədən qeyri-neft ixracı 14 faiz artmış, 85 min iş yeri yaradılmışdır...
Daha sonra M.Şəkiliyevin çıxışında qeyd olunduğu kimi 2018-ci ilin doqquz ayında Qax rayonunda da müvafiq sahələrdə bir sıra işlər görülmüş və məqsədyönlü tədbirlər həyata keçrilmişdir. Belə ki, 2018-ci ilin doqquz ayında rayon üzrə məhsulun ümumi buraxılışı 121 milyon 689 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 30.6 faiz çoxdur. İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının tərkibində sənaye məhsulu istehsalı 6 milyon 673 min manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.5 faiz çox olmuşdur. Kənd təsərrüfatı məhsulu istehsalı 44 milyon 375 min manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.6 faiz az, tikintidə 39 milyon 666 min manat və ya 3 dəfə çox, nəqliyyatda 1 milyon 844 min manat və ya 4.9 faiz, rabitədə 818 min manat və ya 7.2 faiz, ticarətdə 28 milyon 313 min manat və ya 5.2 faiz çox olmuşdur. Əhalinin gəlirləri 92 milyon 810 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 823 min manat çox olmuşdur.
Hesabat dövründə rayonun gəlirləri 2 milyon 758 min manat proqnoza qarşı büdcəyə 2 milyon 895 min manat vəsait daxil olmuşdur ki, bu da proqnozun 105 faizini təşkil etməklə 137 min manat çox olmuşdur.
Rayonda sahibkarlığın inkişafı və əhalinin məşğulluğunun artırılması və yeni iş yerlərinin yaradılması məqsədi ilə hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 6 layihə üzrə 2 milyon 780 min manat güzəştli şərtlərlə kreditlərin verilməsi təmin olunmuşdur. Cari ilin doqquz ayı ərzində rayonda 508-i daimi olmaqla 529 yeni iş yeri açılmışdır.
Rayon üzrə orta aylıq əmək haqqı 254.8 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.3 manat çoxdur.
Hesabat dövründə rayonda bitkiçilik və heyvandarlıq sahələrinin dinamik inkişafının təmin olunması üçün nəzərdə tutulmuş tədbirlər davam etdirilmişdir.
Belə ki, 2018-ci ilin məhsulu üçün əkilmiş 13572 hektar payızlıq taxıl, o cümlədən 10468 hektar buğda, 3104 hektar arpa sahələrində biçin başa çatdırılmış, 41.1 min ton payızlıq dənlilər istehsal olunmuşdur. Müddət ərzində 1577 hektar sahədə qarğıdalı biçini aparılaraq 11720 ton məhsul əldə edilmişdir. Cari təsərrüfat ilində rayonda fəaliyyət göstərən 4 taxıl toxumçuluğu müəssisəsi və 1 nəfər fiziki şəxs hesabına 4898 ton yüksək kondisiyalı toxum fondu yaradılmışdır. Yerlərdə 2019-cu ilin məhsulu üçün payızlıq dənlilərin səpininə başlanmış, 864 hektar sahədə arpa, 608 hektar sahədə isə buğda səpini aparılmış, hazırda işlər davam etdirilir.
Rayon üçün ənənəvi olan tütünçülük, baramaçılıq və fındıqçılıq sahələrinin inkişaf etdirilməsinə xüsusı diqqət verilərək cari təsərrüfat ilində ötən illə müqayisədə 17.5 hektar çox olmaqla 623.5 hektar sahədə tütün əkini aparılmış, hal-hazıradək 4193.3 ton yaşıl tütün yarpağı tədarük olunmuşdur.
Cari ildə ötən ildəkindən 12.8 ton çox olmaqla 25.3 ton miqdarında yüksək keyfiyyətli barama istehsal olunmuşdur. Təhvil verilmiş baramanın hər kiloqramına 4 manat olmaqla kümdarlara 96 min manat vəsaitin, eyni zamanda 119.6 min manat mədləğində subsudiyanın verilməsi təmin olunmuşdur.
Hesabat dövründə rayonun ayrı-ayrı ərazilərində 234 hektar sahədə yeni fındıq bağları salınmışdır.
Rayonda yaradılmış Aqropark ərazisində hesabat dövründə 357 hektar sahədə müxtəlif növ meyvə bağları salınmış, 500 tonluq su hovuzunun və 50 min m3-lik su anbarının, 3 ədəd hər biri 1500 tonluq taxıl bunkerlərinin tikintisi, meyvə bağlarının suvarılması üçün damcılı suvarma sistemlərinin quraşdırılması başa çatdırılmış, 5.5 km uzunluğunda elektrik xətti çəkilmişdir. 1 ədəd nasos stansiyası inşa olunmuş, 2 ədəd nasos stansiyasının və idarəetmə mərkəzinin tikintisi davam etdirilmişdir.
Aqoparkın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 22 ədəd müxtəlif markalı kənd təsərrüfatı texnikası alınmışdır. Aqropark ərazisində dairəvi suvarma sisteminin 2-ci mərhələsinin çəkilişi başa çatdırılmış, ümumilikdə 28 ədəd pivot qurğusu quraşdırılmışdır.
Hesabat dövründə Aqropark ərazisində 35 kV-luq yarımstansiyanın tikintisinə başlanılmış, işlər hazırda davam etdirilir.
2018-ci iln məhsulu üçün əkin aparılmış 1203 hektar buğda sahəsindən 3839.5 ton, 115 hektar arpa sahəsindən 425.7 ton, 1 hektar kartof sahəsindən 21.5 ton məhsul tədarük olunmuş, hazırda soya və dən üçün qarğıdalı sahələrindən məhsul yığımı davam etdirilir. Hesabat dövründə Aqropark ərazisində 2019-cu ilin məhsulu üçün 1500 hektar sahədə şum aparılmış, 100 hektar sahədə isə buğda səpini aparılmışdır.

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDZADƏ