adalet.az header logo
  • Bakı 17°C
02 Noyabr 2018 10:48
5288
HADİSƏ
A- A+

Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı

Ötən gündaxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, noyabrın 1-də ölkədə118 cinayət faktı qeydə alınıb, onların da 21-i "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətinaçılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.