ANA SƏHİFƏ / KRİMİNAL

Bakıda narkotik alverçisi saxlanıldı

3449    |   2018-11-01 19:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-dən Adalet.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Anar Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan çəkisi 79 qrama yaxın tiryək və 69 qram heroin götürülüb.

Davam etdirilən tədbirlərlə onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib və həmin vasitələri satmaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.

Əldə edilmiş məlumat əsasında DİN-in Təhlükəsiz Şəhər Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi və Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şəkər kənd sakini Elşən Əliyevin idarə etdiyi VAZ-21099 markalı avtomobildən 430 qram marixuana aşkar edilərək götürülüb.

Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini Azər İmanovdan isə 480 qram marixuana götürülüb.




İmza:
SON XƏBƏRLƏR
2018-11-21
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Baba, oxuduğun nədir elə?
- Tarixi romandır bala.
- Baba, bu axı erotik jurnaldır.
- Sənin üçün mənim balam bu erotikdir, mənim üçün artıq tarixdir...




digər lətifələr
ARXİV
FACEBOOK