Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Müşfiqlə bağlı ekspertiza necə aparılacaq? – İnstitut direktorundan AÇIQLAMA Adalet.az | Müşfiqlə bağlı ekspertiza necə aparılacaq? – İnstitut direktorundan AÇIQLAMA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Müşfiqlə bağlı ekspertiza necə aparılacaq? – İnstitut direktorundan AÇIQLAMA

3712    |   2018-11-01 15:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması məsələsinin araşdırılması üçün Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçiriləcək.

"Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək".

Bəs aşkar edilən sümüklər əsasında məsələnin araşdırılması necə həyata keçirilir?

AMEA-nın Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova bu haqdaModern.az-a açıqlama verib.

O bildirib ki, əgər DNT analizi aparılacaqsa və onun sağ qalmış qohumları varsa, o sümüklərin Mikayıl Müşfiqə aid olması təsdiqini tapacaq.

"Sadəcə əsas problem onun qohumlarının sağ olub-olmaması ilə bağlıdır. İstənilən bioloji material olmalıdır. Yaxın qohumlarından götürülmüş bioloji material vasitəsilə müqayisə edib analiz aparmaq olar. Ümumiyyətlə, DNT analizlərində yaxın qohumluğun çox əhəmiyyəti var. Bu zaman təhlillər aparılır və nəticə açıqlanır”.

Ulduz Həşimova adıçəkilən məsələdə dövlətin dəstəyini müsbət qiymətləndirib.

"Dövlət səviyyəsində bu cür məsələlərə çox böyük diqqət ayrılır. Bunun əhəmiyyəti çox böyükdür. Bir mütəxəssis kimi deyirəm ki, müqayisə üçün DNT analizləri aparmaq böyük problem deyil. Hətta, illərlə bəlli olmayan şəxsin kimliyini üzə çıxarmaq mümkündür”




İmza:
SON XƏBƏRLƏR
2019-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80%)
"Neftçi" (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yeni istifadəyə verilmiş ət kombinatının direktoru, mühafizə rəisinə tapşırıq verir:
- Anbarın mühafizəsini gücləndirin, çöldən gəlib kolbasaları oğurlamasınlar.
- Artıq gücləndirmişik. Amma çıxış qapısında mühafizəçi yoxdur, orada da qoymaq lazımdır.
- Lazım deyil. Fəhlələr bilirlər ki, biz kolbasanı nədən düzəldirik, onlar oğurluq edən deyillər.




digər lətifələr
ARXİV
FACEBOOK