adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
01 Noyabr 2018 15:27
7955
SİYASƏT
A- A+

ABŞ-ın ƏN BÖYÜK ARZUSU İSƏ...

Nikolay Zlobin (ABŞ Qlobal Maraqlar Mərkəzinin prezidenti)

Mövcud durumda heç kim heç kimə etibar etmir. Bu çox təhlükəli bir haldı. Kimlərinsə hücum edəcəyi və ya etməyəcəyi kimi vədlərinə artıq inam yoxdu. Elə bir vəziyyət yaranıb ki, nə dostlara, nə də düşmənlərə inanmaq olmur. ABŞ həmişə uzunmüddətli qlobal siyasətə üstünlük verir. Mənim şəxsi fikrimcə, bu gün heç kim müharibəyə hazırlaşmır.

Sadəcə olaraq, hamı yenidən qurulacaq dünyada özünə layiqli yer tutmağa can atır. Bunun üçün isə güclü iqtisadiyyat, güclü ordu, ən müasir silahlara yiyələnməli, daimi enerji resursları ilə təmin olunmaq lazımdır. Bu problemlərin həll olunması üçün isə Amerika öz potensial düşmənlərini Rusiya və Çin kimi böyük dövlətlər də öz potensial düşmənlərini müəyyənləşdirməyə çalışırlar. Düşünürəm ki, əgər müharibə başlamasa hər bir hegemon dövlət yeni dünya düzənində özünə komfort yer tutmaq üçün yaxın 20-30 ildə bunun üzərində çalışacaqlar.

Bütün bunların baş verəcəyi fonunda Fransa, Almaniya, Latın Amerikası dövlətləri, Ukrayna, Belarusiya və digər nisbətən balaca dövlətlərin taleyi necə olacaq? Heç də təəccüblənmərəm ki, yaxın bir neçə ildə ikinci Avropa İttifaqı da yaransın.

Çin artıq dünya iqtisadiyyatına təsir etmək gücünü hiss edir. İslam dünyası nəhayət ki, tarixi yuxudan ayılıb və kənarda qalmaq istəmir. Onlar da tarixi revanşa hazırlaşır. Sayca çoxdular və böyük ambisiyaları var. Dünya hərəkətə gəlir, ona görə də böyük müharibəyə hazırlaşmaq lazımdı. Hətta o baş verməsə belə...

Aleksey Maslov (professor, şərqşünas)

Çin tarixən hər şeyə ləng reaksiya verən, gec qızışan bir dövlətdir. Onlar düşünürlər ki, hər şey yoluna qoyula bilər. ABŞ-la danışıqlar aparmaqla problemləri qaydaya salmaq olar. Amma vəziyyətin ciddi hal aldığını gördükdən sonra onlar da artıq qızışmağa başlayıblar.

Ola bilər ki, ABŞ-a növbəti gələcək prezidentlə müəyyən danışıqlar apararaq vəziyyəti normal məcraya yönəldə biləcəklər. Amma artıq qızışmış Çin maşınını saxlamaq mümkün olmayacaq. Çünki onlar gec qızışıb hərəkətə keçdikləri kimi, çox gec də dayanırlar. Amerikanın başladığı iqtisadi təzyiq Çinin Rusiya ilə daha sıx münasibətlər yaratmasına gətirib çıxaracaq.


Aleksandr Sosnovski (Almaniyanın World Economy internet orqanının baş redaktoru)

Mən işlərimlə əlaqədar tez-tez Brüsseldə oluram. Orada BMT-də, NATO-da çalışan almanlarla görüşürəm. Onlar da etiraf edirlər ki, bu gün dünyada bütün məsələləri iki super dövlət - ABŞ və Rusiya həll edirlərsə, biz nə edə bilərik? Almaniyada çoxları başa düşürlər ki, artıq NATO-Rusiya danışıqları aparan bir qurum mövcud deyil. Yaxın və orta məsafəli raketlərlə bağlı müqavilələrdən çıxdıqdan sonra əl-qollarının tam açılması üçün ABŞ bütün mövcud müqavilələrdən çıxacaq.

İkincisi, Rusiya ətrafında yəqin ki, Polşadan başlayaraq təhlükəsizlik zonası yaradılacaq. Və çox güman ki, bu zolağa Gürcüstan və Ermənistan da daxil ediləcək. Almaniyaya gəldikdə isə hazırki kansler Merkelin başı işlərini yerinə gələcək iki namizədə təhvil verməyə qarışıb. Bu namizədlər isə böyük ehtimalla antirusiya mövqeyi tutacaq, ABŞ-ın tərəfini saxlayacaq.


Yakob Kedmi (İsrail xüsusi xidmətinin keçmiş rəhbəri)

ABŞ və Rusiya arasında qarşıdurma 1945-ci il 9 maydan sonra başlayıb və bu günlərədək davam edir. Arada az bir müddətə Sovet Hakimiyyəti dağıldıqdan sonra 13 il ərzində zəifləmiş Rusiya ABŞ-ın dediklərini etməklə az qala onun əllərini öpməyə belə hazır olduqları vaxtlarda bu qarşıdurma bir az səngidi. Lakin Rusiya özünə gələn kimi yenidən hər şey öz axarına düşdü.

Çinlə bağlı isə Amerikanın ümumiyyətlə, heç bir təfəkkürü yoxdu. Çinə qarşı qarşıdurmalar bu ölkəni də qarşılıqlı tədbirlər görməyə məcbur edir.

Təəccüblü deyil ki, Çinin müdafiə naziri bu günlərdə Tayvandan hələ də imtina etmədiklərini açıq dilə gətirib. Günlərin bir günü Çinin Tayvana qoşun yeridəcəyinin şahid olacağıq. Çünki onlar da başa düşürlər ki bunu etməsələr, Tayvanda ABŞ-ın hərbi bazası yaradılacaq. Təsadüfi deyil ki, vəziyyəti düzgün analiz edən Çin Xalq Respublikasının lideri bəyan edib ki, "biz müharibəyə hazır olmalıyıq".

Rusiya-ABŞ arasında hazırda hansısa danışıqların aparılması mümkün deyil. Ona görə yox ki, tərəflər bir-birinə etibar etmir. Ona görə ki, Rusiyanın ABŞ-la ciddi münasibətlər yaratmaq istəyinə rəğmən Birləşmiş Ştatlar onları aldatmağa çalışırlar. ABŞ-da da çox yaxşı bilirlər ki, Rusiya tərəfdən onlara qarşı heç bir təhlükə gözlənilmir. Buna baxmayaraq, onlar hamını aldadır, belə bir təhlükənin olduğunu daima bəyan edirlər.

Trampa NATO lazım deyil. O, bütün dövlətlərlə özünə sərf etdiyi şərtlərlə münasibət yaratmaq istəyir. Bu gün Rumıniyada, Polşada yaratdıqları hərbi bazaların NATO ilə heç bir əlaqəsi yoxdur. ABŞ-ı bu gün nə Almaniya, nə də Fransa maraqlandırmır. Avropanın hərbi sənaye kompleksləri tamamilə çökdürülərək lazımsız hala gətirilib. Amerika yaxın və orta məsafəli raketlərini Pribaltikada, Moldovada, Gürcüstanda və Ermənistanda yerləşdirmək istəyir.

Trampın ən böyük arzusu isə ABŞ-ın hərbi bazasını Belarusda yerləşdirməkdi.

Hazırladı:

Rüstəm HACIYEV