adalet.az header logo
  • Bakı 7°C
01 Noyabr 2018 13:08
17254
HÜQUQ
A- A+

Bakıda sevgilisini bıçaqlayan şəxs 8 il cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini bıçaqlamaqda təqsirləndirilən Racxan İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.İbrahimov 8 il azadlıqdan məhrum edilib.

İttihama görə, R.İbrahimov Bakıda sevgilisi Ellada Əlizdadəni qısqanclıq zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

R.İbrahimov polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham verilib.