adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Noyabr 2018 10:25
12272
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: AYIN İLK ŞEİRİ





























Mən zamanın qapısında - növbədə
Zaman keçir , onla birgə növbə də...
Harayıma yetmir vallah , tövbə də -
Daşdan çıxır sevgi payım , sev payım...

Caynaqdadı ümidlərim , gumanım
Çəkilmirki, iynə boyu , dumanım...
Əlin üzüb , məndən sevgi umanım -
Güzarandı koma payım , ev payım...

Xışmalanmış qum kimiyəm - ovucda
Xəzri əsir,
Sinəm altda - kovuşda...
Bəhanədi - seçilərəm , sovuşsa -
Soy adımdan , "ov" payımla , " yev" payım...