adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Noyabr 2018 10:43
4957
HADİSƏ
A- A+

Oğrular iş başında yaxalandı

Polis əməkdaşlarının sayıqlığı və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, oktyabrın 31-də Hacıqabul dəmir yolu stansiyası ərazisindən 9 ədəd rels altlığı, 12 ədəd bərkidici, 298 ədəd bərkidici detal, 8 ədəd bağlayıcı detal və 1 ədəd birləşdiricini oğurlamağa cəhd göstərən 2 nəfər Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Şirvan şəhər sakinləri Orxan Eminov və Qədim Sahibov olduqları müəyyən edilib.