ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Fərid Muradzadə Kamança

2435    |   2018-11-01 00:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Ərşə dirənmişdi səndə haraylar,
Hay-küydən titrəyir, əsir divarlar,
Şəninə əl çalır, sənin insanlar,
Sən nəyə ağlarsan, söylə kamança.

Həyat amansızmış, qansızmış demə,
İsti beyinlərə qan sızmış, demə,
Bütün göz yaşları sənsizmiş demə,
Sən nəyə ağlarsan, söylə kamança.

Kipləşən dodaqda ,,kaş" duracaqsa,
Kiprik arasında yaş donacaqsa,
Səsin kimlərisə coşduracaqsa,
Sən nəyə ağlarsan, söylə kamança.

Pərdən dəridəndir, çanağın taxta,
Simində ötüşür nəğmən min ,,ah" la
,,Zabulda" , ,, Qatarda" , ,, Yetim Segah" da,
Sən nəyə ağlarsan, söylə kamança.

Əvəzsiz ifadır, Habil ifası,
Sağaldar səsinlə könül yarası,
Dirilib durarsa Nərman Sarası,
Sən nəyə ağlarsan, söylə kamança.


Ey ana Vətənim,Azərbaycanim

Könül sarayımın ləli, gövhəri,
Ruhumun yön yeri qəlbimin piri,
Bir ovuc torpağın mənə and yeri,
Dağına , daşına fədadır canım
Ey ana vətənim,Azərbaycanım!

Yüz ildir həsrətdən alışan ,yanan,
Həsrətlə boylanıb sərhəddən baxan,
Bu tayda Kəpəzdir, orda Savalan,
Qoy mən də alışım ,qoy mən də yanım
Ey ana vətənim,Azərbaycanım!
Tarixin ,tarixin özündən qədim,
Qoparaq sərhədi ,qıraq sərhədi,
Qələbə çağrısın ruhum istədi,
Şəninə yazılsın yeni dastanım
Ey ana vətənim,Azərbaycanım!

Gəl ,ataq ayrılıq yükünü beldən,
Qələbə kəlməsin çıxarma dildən,
O taylı o taydan, bu taylı burdan
Birləşib ,haqlayıb ,boğaq düşmanı
Ey ana vətənim , Azərbaycanım!

Həsrətdən, möhnətdən qisas alarıq,
Cəbhədən cəbhəyə yollar açarıq,
Birləşib yenidən biz bir olarıq,
İtməyib ümidim, çoxdur gümanım,
Ey ana vətənim , Azərbaycanım!

Duysun cümlə cahan , görsünlər kimik,
Ruh ilə, dil ilə, din ilə birik,
Biz ki buralara qərib deyilik,
Güney də qüzey də mənim məkanım,
Ey ana vətənim , Azərbaycanım


İRFANİ ŞEİR

Dərvişlər söz ortağım,
İman nurum,çırağım
Gəzdim Hələb torpağın,
Nəsimiyəm, Şamdayam.

Qəlbi,,eşqə"közləyən,
,,Cananını" gözləyən,
Zahidə həqqəm deyən,
Hürufiyəm,,lam" dayam.

Şəmsin nurlu çöhrəsi,
Dərvişlərin vəsvəsi,
Ərşə qalxar,,hu" səsi,
Mevlanayla Rumdayam.

Susuz çöldə ırmağam,
Gah təpəyəm, gah dağam,
Yeləm, tozam,torpağam,
Səhradayam, qumdayam.

Düşünmə biçarəyəm,
Nə hilal,nə haləyəm,
Baxma parə-parəyəm,
Bütövdəyəm,tamdayam.

GETDI

Əgər ki dünyada məndən iz qalsa,
Dostlarım ,üç səkkiz dörd səkkiz olsa,
Məzarım üstündə kimsə ağlasa,
Deyin ki qəmlənmə, yaşlandı getdi.

Gəl sənə anladım hər şeyi tək-tək,
Gerçəkmi deyirsən, göstərim gerçək,
Yağış sularından bərkiyən kəsək,
Yağış sularında islandı getdi.

Daxildə bir mən var, o məni səslər,
Ayna tək gözlərdən qəlb nəyi gizlər?
O yüngül duyğular, ötəri hisslər,
Ağıl tərəfindən suçlandı, getdi.

Şeytanın hökmündə əsir şah damar,
İblisin insana min fitnəsi var,
Dünyanın yükünü çəkən Zülfüqar,
Qurunun oduna yaş yandı getdi


GƏL

Gülüşündən üzüm gülər, gül açar,
Sən olmasan könül naçar, dil naçar,
Dilimdəki söz perikər, söz qaçar,
Bir ömürlük ayrılığa qıyma gəl,
Ürəyimi inləməyə qoyma, gəl.

Dən bürüyüb mən sevdiyim telləri,
Heç qınama küləkləri,yelləri ,
Ömrümüzdən ötüb keçən illəri,
Təqvimlərdə, vərəqlərdə sayma, gəl,
Ürəyimi inləməyə qoyma, gəl.

Zikr edirəm dildə sevgi duasın,
Unutmadım eşqin dəli sevdasın,
Dərdlərimin qaysaq tutmuş yarasın,
Sözlərinlə qoparma gəl, soyma gəl,
Ürəyimi inləməyə qoyma, gəl.

,,Əlvida" kəlməsi axır sözünmü?
Aldın məndən iradəni, dözümü,
Sənə həsrət, sənə vurğun gözümü,
Alov saçan baxışınla oyma gəl,
Ürəyimi inləməyə qoyma, gəl.



İmza:
SON XƏBƏRLƏR
2018-11-21
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Baba, oxuduğun nədir elə?
- Tarixi romandır bala.
- Baba, bu axı erotik jurnaldır.
- Sənin üçün mənim balam bu erotikdir, mənim üçün artıq tarixdir...




digər lətifələr
ARXİV
FACEBOOK