adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Noyabr 2018 00:19
6527
MƏMLƏKƏT
A- A+

ZAQATALA: BURADA AÇILAN HƏR SƏHƏR...

(əvvəli ötən saylarımızda)

Hesabat dövründə rayonda səhiyyəsinin inkişafı sahəsində də bir sıra tədbirlər həyata keçirilmiş, Yaponiya səfirliyinin dəstəyi ilə Rayon Mərkəzi Xəstəxanasına 1 ədəd "Nissan" markalı təcili yardım avtomobili verilmişdir.
Doqquz ayda Rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən 125058 nəfər ambulator qəbul, 1907 nəfər evə gediş olmuşdur. Mərkəzi Rayon Xəstəxanasında Hemofiliyalı xəstələrə dəstək məqsədi ilə qan vermə aksiyaları keçirilmişdir.
Rayonda 1994 nəfər şəkərli diabeti olan, 366 nəfər vərəmli, 320 nəfər onkoloji, 606 nəfər psixiatrik, 7 nəfər hemofiliyalı xəstə dispanser qeydiyyatındadır. Hesabat dövründə onlara müvafiq qaydada müayinə və müalicələr təyin edilmişdir. Rayonun xidmət ərazisində 71 nəfər xroniki böyrək çatışmazlığı diaqnozu ilə qeydiyyatda olan xəstələrdən 36 nəfərinə mütəmadi olaraq Zaqatala Müaıicə Diaqnostika Mərkəzində dializ proseduru aparılır.
Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən əhalinin kütləvi profilaktik müayinələrə cəlb olunması işi başa çatmış, 5 mərkəzdə həyata keçirilmiş tibbi müayinələrdə 75552 nəfər müayinədən keçirilmiş, 7022 nəfər ambulator, 102 nəfər stasionar müalicəyə cəlb edilmişdir ki, bundan da 9 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılmışdır.
Milli-mənəvi dəyərlərimizin qorunması, gənclərimizdə vətənpərvərlik hisslərinin artırılması məqsədilə rayonda tarixi günlər, əlamətdar hadisələr və bayramlarla əlaqədar müxtəlif tədbirlər həyata keçirilmiş, dövlət əhəmiyyətli günlər münasibəti ilə geniş bayram şənlikləri, konfranslar keçirilərək konsert proqramları təşkil olunmuş, müxtəlif sərgilər nümayiş etdirilmiş, kompazisiyalar, ədəbi-bədii gecələr təşkil edilmişdir.
Hesabat dövründə 193 gənc ailənin nikahı rayonun Heydər Əliyev Mərkəzində qeydə alınmış və keçirilən hər bir nikah yüksək səviyyədə təşkil edilmişdir. 2018-ci ilin doqquz ayı ərzində Heydər Əliyev Mərkəzini 9737 nəfər fərdi, 7889 nəfər qrup şəklində, cəmi 17 626 nəfər ziyarət etmişdir.
Rayonda gənclər və idman sahəsində müxtəlif tədbirlər həyata keçirilmiş, bu tədbirlərə yüzlərlə yeniyetmə və gənc cəlb olunmuş, 12 nəfər gənc "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə " Dövlət Proqramıı"ndan irəli gələn vəzifələrin müzakirəsinə dair Bakı şəhərində keçirilən konfransda iştirak etmişlər.
Ötən dövrdə idman sahəsində də nailiyyətlər əldə edilmiş, Bakı şəhərində keçirilən cüdo üzrə gənclər arasında Respublika birinciliyində iştirak edən idmançılar 44 və 66 kq çəki dərəcəsində I yerə, 90 kq çəki dərəcəsində II yerə, sərbəst güləş idman növü üzrə Gənclərin Respublika birinciliyində III yerə layiq görülmüş, yeniyetmələr arasında sərbəst güləş üzrə region birinciliyində, Uşaq Gənclər İdman Məktəbinin idmançıları I yeri qazanmışlar.
İyun ayında Kempo karate üzrə Bakı şəhərində keçirilmiş yarışda idmançılar ( 50 kq) çəki dərəcəsində I yerə, ( 55 kq) çəki dərəcəsində III yerin qalibi olmuşlar. Sumqayıt şəhərində cüdo idman növü üzrə gənclər arasında keçirilmiş Azərbaycan birinciliyində Aynur Süleymanova (57 kq) çəki dərəcəsində II yerə layiq görülmüşdür.
19 avqust 2018-ci il tarixində Bakı şəhərində keçirilmiş Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi "GymBala" Beynəlxalq turnirdə Zaqatala rayonundan Məmmədova Sədəf Sabit qızı -5yaş Iyer, Mahmudlu Mələk Aftandil qızı-7 yaş VI yer, Şahverdiyyeva Firuzə Bahuddin qızı -8 yaş V yerin sahibi olmuş və oktyabr ayında təşkil ediləcək Respublika Çempionatına vəsiqə qazanmışlar.
Hesabat dövründə rayonda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının əsaslı təmirdən sonra açılışı olmuş, tədbirdə Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərində ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə bağlı fikirlərini, tövsiyələrini geniş ictimaiyyətə çatdırılması üçün yaradılmış təbliğat qrupları Rayon İcra Hakimiyyəti tərəfindən müəyyən edilmiş xüsusi qrafik üzrə Heydər Əliyev Mərkəzində, əhalinin yaşayış yerlərində, müəssisə və təşkilatlarda görüşlərin keçirilməsini təmin etmiş, 9 ay ərzində təbliğat qrupları tərəfindən 90 belə görüş keçirilmişdir.
Ramazan ayı münasibəti ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Əhməd Əhmədzadə və Zaqatala RİH başçısı cənab Mübariz Əhmədzadənin təşəbbüsü ilə 700 nəfərdən çox rayon dindarları və ictimaiyyət nümayəndələrinə iftar süfrəsi təşkil olunmuş, Qurban bayramında 700 nəfərə qurban əti paylanılmışdır.
Azərbaycan Respublikasında insan hüquqlarının inkişafına xidmət edən iqtisadi inkişaf proqramlarının və sosial layihələr üzrə tədbirlərin 2018-ci ildə də davam etdirilməsi ölkə əhalisinin sosial rifahına xidmət etməklə yanaşı, dövlət idarəçiliyi sistemində bürokratik əngəllərin aradan qaldırılmasında və müasir dövlət-vətəndaş münasibətlərinin yeni inkişaf mərhələsinə keçməsində əhəmiyyətli rol oynamışdır.
Rayonda korrupsiyaya və rüşvətxorluğa qarşı mubarizə istiqamətində ardıcıl tədbirlərın həyata keçirilməsi, açıq hökümətin təşviqi ilə bağlı tədbirlərin icrası təmin edilmişdir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçiliyə, bürokratik əngəllərə, məmur özbaşınalığına, vətəndaşların müraciətlərinə və problemlərinə laqeyd münasibətə qarşı kəsərli tədbirlər görmüşdür.
Qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə işinin təşkili sahəsində rayonun hüquq-mühafizə orqanları ilə əlaqəli fəaliyyət təmin olunmuş, profilaktika, əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilmişdir.
2018-ci ilin 9 ayı ərzində rayonda 81 cinayət hadisəsi qeydə alınmış, kompleks şəkildə aparılmış tədbirlər nəticəsində cinayətlərin açılması 94,1 faiz olmuşdur.
2018-ci ilin 9 ayı ərzində RİHB-nın şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində vətəndaşların ərizə, təklif və şikayətlərinə baxılması nəzarətdə saxlanılmış, RİH tərəfindən nümayəndəliklərə kargüzarlıq işlərinin aparılmasında metodiki köməklik göstərilmiş, yerlərdə işçilərin əmək və icra intizamına nəzarət edilmiş, rayonda həyata keçirilmiş bütün ictimai-siyasi tədbirlərdə təşkilatı məsələlər həll edilmişdir.
2018-ci ilin 9 ayında yerlərdə RİHB-nın 37 səyyar qəbul görüşləri keçirilmişdir. Səyyar qəbullarda 4678 adam iştirak etmiş, 179 tənqidi qeyd və təklif irəli sürülmüşdür.
Səyyar qəbullar zamanı vətəndaşların qaldırdıqları bir çox məsələlər operativ qaydada yerində araşdırılaraq öz həllini tapmış, bəzi problemlərin həlli ilə bağlı müvafiq tapşırıq və tövsiyyələr verilmiş, müraciətlərin mövcud qanunvericiliyə uyğun şəkildə cavablandırılacağı barədə vətəndaşlara məlumat verilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən cari ilin ötən dövründə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Mədəniyyət naziri Əbülfəs Qarayev Zaqatala rayonunda bölgə vətəndaşlarını qəbul etmiş, onların şikayət və təkliflərini dinləmiş, müraciətlərin həlli istiqamətində müvafiq tapşırıqlar vermişlər.
Rayon İcra Hakimiyyəti şəhid ailələri və Qarabağ əlilləri, eləcə də zəruri-sosial durumu aşağı olan vətəndaşların qayğılarını daim diqqətdə saxlayır, müxtəlif səbəblərdən maddi və mənəvi ziyan çəkmiş şəxslərə yardımlar göstərir. Bu ilin 9 ayında evləri yanmış 6 rayon sakininə ümumilikdə 4000 manat, müalicəyə ehtiyacı olan 3 vətəndaşa 1710 manat maddi yardımlar göstərilmiş, bir çox vətəndaşlar dərman preparatları ilə təmin olunmuşdur.
Yığıncaqda son olaraq vurğulanmışdır: Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafının üçüncü Dövlət Proqramı uğurla başa çatmaq üzrədir. Artıq Prezidentimizin dediyi kimi, yeni, dördüncü Dövlət Proqramı hazırlanır. Biz inanırıq ki, möhtərən Prezidentimizin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycan xalqı bu gün hələ görə bilmədiyimiz işləri yeni Dövlət Proqramı üzrə uğurla həyata keçirəcəkdir.

Məzahir ƏHMƏDZADƏ