adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Oktyabr 2018 17:27
7688
MƏMLƏKƏT
A- A+

Bakının yeni baş planı ictimaiyyətə açıqlanacaq

Ölkə başçısı İlham Əliyev 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılması ilə bağlı sərəncam imzalayıb.

Komitə Bakı şəhərinin baş planının hazırlanması üçün "Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – "The Boston Consulting Group” ("Boston Konsaltinq Qrup”) şirkətini bu işə cəlb edib.

Dövlət Şəhərsalma və Arxitektura KomitəsindənModern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Bakı şəhərinin baş planının hazırlanması üzrə işlər davam etdirilir.

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "The Boston Consulting Group” şirkəti ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işinininiki mərhələdətəşkil edilməsini planlaşdırır. Birinci mərhələdəpaytaxtla bağlı bugünədək hazırlanmış bütün səhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən "Böyük Bakının Regional İnkişaf Planı” və "Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələrinin təhlil edilməsi nəzərdə tutulur. İkinci mərhələdəKomitə "The Boston Consulting Group” şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsi prosesini davam etdirərək yekunlaşdırılmasını planlaşdırır”.

Rəsmi məlumata görə, görülmüş işlərin nəticələri barədə noyabr ayı ərzində ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq Baş plan təsdiq olunduqdan sonra 20 il ərzində qüvvədə olacaq.