warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir film izle sakarya escort likit Adalet.az | Əli Həsənov: Prezident İlham Əliyev şair Mikayıl Müşfiqlə bağlı məsələni şəxsi nəzarətinə götürüb Adalet.az | Əli Həsənov: Prezident İlham Əliyev şair Mikayıl Müşfiqlə bağlı məsələni şəxsi nəzarətinə götürüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Əli Həsənov: Prezident İlham Əliyev şair Mikayıl Müşfiqlə bağlı məsələni şəxsi nəzarətinə götürüb

5351    |   2018-10-31 17:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış, Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar kütləvi informasiya vasitələrində yayılan materiallar Azərbaycan Prezidenti İlham Əliyevin diqqətini cəlb edib.

Cənab Prezident məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, cənab Prezident həmişə Azərbaycan mədəniyyətinə, mədəniyyət və incəsənət xadimlərinə, xüsusilə repressiya qurbanı olmuş ziyalılarımızın xatirəsinə böyük diqqətlə yanaşıb. Bunun bariz nümunəsi kimi, dövlətimizin başçısının 2017-ci ilin fevralında Bakının Yasamal rayonu ərazisində keçmiş "Statistika dairəsi" adlanan yerdə Mikayıl Müşfiqin heykəlinin demontajına münasibətini göstərmək olar. O vaxt cənab Prezident məsələnin araşdırılması, günahkarların cəzalandırılması, heykəlin dərhal öz yerində bərpa olunması ilə bağlı tapşırıq vermiş, həmin göstərişin qısa zamanda icra olunmasından sonra da heykəli ziyarət etmiş və önünə gül dəstəsi qoymuşdur.

Ə.Həsənov bildirib ki, Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması barədə yayılan məlumatlar hazırda dövlətimizin başçısının nəzarətindədir. Əminliklə demək olar ki, məsələnin ciddi araşdırılması ilə bağlı qısa zamanda müvafiq tədbirlər görüləcək və nəticə barədə ictimaiyyətə məlumat veriləcək.




İmza:

Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

"Sənsizliyimin bu 8 ilində səni 8 saniyə də olsun unuda bilmədim" - İkinci ömür...

Balaxanı tullantı poliqonunda yaşıllaşdırma aksiyası keçirilib - FOTO

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

Tütündən istifadə edən sürücülər cərimələnəcək - YOL POLİSİNDƏN XƏBƏRDARLIQ

TANRI SƏNİ QORUSUN, QIZIM!

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı

İsmayıllıya qar yağıb - Foto

Pirallahıda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb

Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir

Ermənilər işğal altındakı torpaqlarımızda altı kiçik su elektrik stansiyası tikirlər

UZAĞI ON BEŞ SUTKADIR DANA

SON XƏBƏRLƏR
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK