adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
31 Oktyabr 2018 15:33
3241
HADİSƏ
A- A+

Buzovnada qəza törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb

Oktyabrın 29-da Bakı şəhər sakini Əli Abdullayevin xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən Adalet.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirib. Araşdırmalarla Şağan qəsəbə sakini olan Ə.Abdullayevin xəsarətləri həmin gün saat 19 radələrində Buzovna qəsəbəsi ərazisində yolu keçərkən avtomobillə vurulması nəticəsində aldığı məlum olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə hadisənin "Mercedes” markalı avtomlobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü, Buzovna qəsəbə sakini Mahir Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.