adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Noyabr 2018 11:18
11036
GÜNDƏM
A- A+

AQİL ABBAS: «MƏNİ QINAYANLARA BİR NEÇƏ KƏLMƏ»

Bu günlərdə, yəni oktyabrın 26-da qəzetimizdə «Övladlarınıza «Koroğlu» və «Qaçaq Nəbi» dastanlarını oxutmayın» adlı köşə yazıma görə məni qınayanlar da var. Məni qınayanlardan xahiş edirəm ki, həmin yazını təkrar və diqqətlə oxusunlar və görsünlər ki, mən nə demək istəmişəm.

Bir ağsaqqal da mənə replika ilə cavab verib. Ustadımızdı, bir söz demirəm. Yazır ki: «Aqil Abbasın Koroğlu və Qaçaq Nəbinin yadellilərlə, işğalçılarla, xarici düşmənlərlə mübarizəsi yadına düşməyib».

Qaçaq Nəbini qoyduq bir kənara, onda Azərbaycan işğal altındaydı. Mən «Tarixi-Nadiri» oxumuşam, özü də başdan-ayağa, Yunus Oğuzun «Nadir şah» romanını da, yəni tarixi az-çox bilirəm. Koroğlunun vaxtında hara işğal olunmuşdu, kim tərəfindən işğal olunmuşdu , hansı xarici düşmənlərlə, yadellilərlə Koroğlu mübarizə aparıb, onu bilmirəm.

Və bir daha deyirəm ki, məni qınayanlar yazını yenidən və diqqətlə oxusunlar.

Gərək ki, ədəbiyyatda sarkazm deyilən bir şey var.