adalet.az header logo
  • Bakı 13°C
31 Oktyabr 2018 13:15
9975
İDMAN
A- A+

Nazirliyin əməkdaşı Avropa çempionatında medal qazandı

Rumıniyanın paytaxtı Buxarestdə 25-27 oktyabr tarixlərində kempo-karate döyüş növü üzrə Avropa çempionatı keçirilib.

Adalet.az xəbər verir ki, həmin çempionatda Azərbaycanı təmsil edən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rüstəm Müslümov 81 kq çəki dərəcəsində Avropa çempionatının gümüş medalını qazanıb.

Qeyd edək ki, Rüstəm Müslümov iki dəfə dünya mükafatçısıdır, eyni zamanda 20-21 oktyabrda keçirilmiş Avrasiya Çempionatında I yer tutub.