adalet.az header logo
  • Bakı 7°C
31 Oktyabr 2018 12:49
24112
HÜQUQ
A- A+

Bakıda qadına 70 min manatlıq dələduzluq edən şəxsə 6 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən İntiqam İsmayıloğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə İntiqam İsmayıloğlu 6 il azadlıqdan məhrum edilib.

İttihama görə, İ.İsmayıloğlu Bakı şəhər sakini Svetlana Əhmədovanın 70 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

S.Əhmədovanın şikayəti əsasında saxlanılan İ.İsmayıloğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.