Qozun faydaları nədir?
Dieotoloq Şeyma Yılmaz qozun faydalarından danışıb. O bilidirib ki, qozdakı yüksək omeqa-3 yağ turşuları ürək xəstəliklərini,
diabeti, yüksək qan təzyiqini və depressiyanı azaldır. Qoz istehlakı qandakı
xolesterol səviyyəsini salır, ürək ritmini nizamlayır. Qoz xərçəngdən
qorunmanı təmin edir, immunitet sistemini gücləndirir. Qoz, damarlarda
daha az laxtalanma xüsusiyyəti olan qan tipinin istehsalına və yaxşı xolesterol
nisbətinin pis xolesterol nisbətinə görə artmasına kömək edir.
Qozdakı l-Arginin qan damarlarının iç tərəfinin hamar və düz
olmasını təmin edərək qan-damar sisteminin rahatlamasını təmin edir. Qozdakı
yağ turşuları ürək xəstəliklərinə çox gözəl təsir edir.Qoz,
anlayışı və anlamağı inkişaf etdirir. Asiyada qoz hələ beyin qidası olaraq qəbul
edilir, bu ölkələrdə şagirdlər, imtahanlardan əvvəl qoz yeyərək qeydlərini yüksəldə
biləcəklərinə inanır. Omeqa-3 yağ
nisbəti aşağı uşaqlarda daha yüksək hiperaktiv olma xüsusiyyəti, daha çox təhsil
və davranış pozğunluqları, daha çox xasiyyətsizlik və yuxu nizamsızlıqlığı
müşahidə edilir. Qoz, bu problemləri önləyən omeqa-3 baxımından çox zəngindir.
Öd daşı meydana gəlməsinin qarşısını alır.
Qozdakı melatonin, beyin bezesi tərəfindən ifraz olunan
melatonin insan bədəninin istifadəyə hazır formasını təmin edir. Melatonin, gecə
işləyən zaman yuxu nizamsızlığı çəkən kəslərdə narahatlıqları ortadan qaldıra
bilir. Qozun, antioksidan xüsusiyyəti
səbəbindən kardiyovasküler və sinir sisteminə zərər verən parkinson kimi xəstəliklərin
inkişafını aradan qaldırır . Qoz, manqan və mislə orqanizmi təmin edir.
Qoz yodla zəngindir. Zob xəsteliyinə komək eden
çərəzlərdəndir. Hər səhər 3-4 qoz yemək çox gözəl təsir edir.