adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Oktyabr 2018 22:57
10784
GÜNDƏM
A- A+

SÖZÜN SƏMİMİYYƏT İŞIĞI

(Damət Salmanoğlunun yaradiciligi haqqında qeydler )

Bəzən adama elə gəlir ki,daha deyiləsi yeni söz qalmayıb, bir ömür yaşayan insanla, onun həyata gəlişi və həyatdan gedişi arasında Allaha, cəmiyyətə, təbiətə sevgiylə bağlı hər şey deyilib və yazılıb.Lakin insan təfəkkürünün və düşüncəsinin sərhədləri nəhayətsizdir. Dünyanın, təbiətin, cəmiyyətin saysız-hesabsız görüntüsü mövcuddur və bu vizuallığı uşaqdan tutmuş qocayadək hər kəs özünəxas rakursdan qəbul edir. Şairlər bu görüntüləri, bu mövcudluğu özünəməxsus formada poetik duyumla ifadə edirlər.
Allahin ilahi qüdrətinə şəhadət verən möcüzələrdən ən mükəmməli sözdür. Söz, həm də dünyanın əşrəfi sayılan insanın əşrəfidir. Ulu Tanrı sözü belə şərafətləndirmişdir. Bu fikrin fəlsəfi mətləbini açmaga ehtiyac yoxdur, çünki müqəddəs "Qurani-Kərim" bütün mətləblərə ən kamil cavabdır.
Söz, həm də güzgüdür. Fikirlərin, duyguların, düşüncələrin güzgüsü. Bu ilahi güzgü xeyirxah və nəcib əməlləri, qəhrəmanlıqları, yurd, vətən sevgisini, həmçinin mayasında Allah işığı olan bütün sevgiləri, gözəllikləri öz mübarək üzündə əks edir. Müqəddəs sözün çeşməsindən içənlər o insanlardır ki, onların alın yazısından ulu Xaliqin iahi təbəssümü boylanır.
Ulu sözə könül bağlayan qələm adamlarından biri də Azerbaycan Yazicilar Birliyinin uzvu,Prezident mukafatcisi şair Damət Salmanoğludur. Yurdumuzun əsrarəngiz guşələrindən olan qədim Masallı torpağında dünyaya göz açıb. Öz məzmunu ilə seçilən maraqlı və mənalı bir həyat yolu keçib. Indiye kimi dord poetik toplusu isiq uzu gorub. Onun şeirlərinin əsas mövzusu uca peygəmbərimizin (s.s.) "Vətəni sevmək imandandır" kəlamından su içib. Damətin şeirlərində yurd, vətən, dogma ocaga baglılıq hissi məxsusi poetika ilə səciyyələnir. Milli-mənəvi dəyərlərin, el-oba sevgisinin, övlad, valideyn məhəbbətinin, ləyaqət və insanpərvərlik duygularının bədii tərənnümü onun poetik nümunələrində səmimi bir kaloritdə öz ifadəsini tapır. Həmçinin onun şeirlərində uca Allaha, islam dininə və müqəddəslərə dərin sevginin tərənnümü ilə yanaşı, həyatda xeyirxahlıq, həssaslıq və qaygıkeşlik ruhunun təbligi, sadə insanların arzu, istək və amallarının gerçəkləşməsi konstektində bu amillərin rolunun böyüklüyü də səciyyəvi xarakter daşıyır.
Gənc yaşlarından ədəbi- bədii yaradıcılığa maraq göstərən Damət Salmanoğlunun qələm təcrübələrinin tarixi xronikası onun püxtələşməyə can atmasından, getdikcə buna nail olmasından soraq verir. Əlbəttə, uğurlu yaradıcılıq prosesi üçün peşəkarlıqla yanaşı, şair ovqatının "sarı sim" də gəzişməsi də vacib şərtlər sırasındadır. Bu mənada da Damət öz yaradıcılıq yolunda bu önəmli şərtə diqqət yetirir, yəni könlünə yatan, onu həyacanlandıran mövzular, hadisələr qəlbinin poetik işığında təqdim edir.
Damət Salmanoğlu vətən sevdalı şairdir. Dogma Azərbaycanımızın gözəlliklərini, sərvətini, əzəmətini vəsf etməkdən yorulmur. "Azərbaycanım" şeiri də bu baxımdan səciyyəvidir.

Baxıram dənizə deyirəm, Allah,
Bəndənə nə gözəl nemət vermisən.
Qeyb olub qəlbimdən qüssə, kədər, ah,
Sən öz dərgahından sərvət vermisən...
Poeziya aləmində elə şairlər var ki, onların bədii qüdrəti, istedadının gücü mürəkkəb poetik obrazlar silsiləsində deyildir. Onların poetik ruhunun mayası folklor zənginliyindən qaynaqlanaraq, insanın arzusunu, ümidini, kədərini, sevincini, bütövlükdə mənəvi aləmini aydın, rəvan və öznəməxsus səmimiyyətlə əks etməsindədir. Bu aspektdə özünü doğruldan, yaradıcılığının təbii, səmimi və ahəngdar ovqatı ilə oxucu marağı qazanan vətənpərvər və səmimi şairdir Damət Salmanoğlu.
Ana yurdu, ata ocagı Masallının gözəllikləri Damətin şair qəlbində özünəməxsus səmimiyyət və həzin bir ahənglə, poetik avazla tərənnüm olunur. Yurdunun bir rəssam sövq-təbiiliyi ilə tablosunu yaradan şair, həm də forma əvanlığı ilə oxucunu heyran edir. Haqqında danışdığım
""Cənnətdir məkanım, cənnət Masallı" şeirinə şair klassik qoşma formasına bür müxəmməs (yəni beşlik) havası da qatib. Bu forma əlvanlığı şeirin gözəl məzmununa və ahənginə məxsusui təravət və nəgmə ruhu aşılayıb.
Dağların ətəyi yamyaşıl meşə,
Zirvəler konlunu acib gunese.
Cesmeler opusun sepir Viləşə,
Gozellik ruhuma seribdir xali,
Cənnətdir məkanım, cənnət Masallı!

Damət Salmanoğlunun şeirləri gerçəkliklə, reallıqlaq yanaşı, həm də ilahi məqamlarla, mənəvi dəyərlərlə bağlıdır. Bu poetik nümunələrdə həyatın səsi, zamanın nəfəsi, insanın daxili aləminə, ürəyinə nüfuz edən insan işığı duyulur. Şeirlərdə həqiqət duygusu, haqq-ədalət yangısı, heyranlıq hissi bədii düşüncənin başlıca məzmununa çevrilir.
"Həyat bir imtahan imiş" şeirində şairin "həyat", "ölüm" nəsnələri haqqında bədii-fəlsəfi düşüncələrinin poetik inikasını görürük.
Derd qimisar,keder guler,
Arzular quzu tək mələr.
Veriblərmi sənə xəbər?-
Həyat bir imtahan imiş.
Ay Damət, gələn köçəcək,
Aglayan,gulen kocecek.
Ta yollardan gozunu cek.
Həyat bir imtahan imiş.
Damətin şeirlərində elə bir xüsusiyyət vardır ki, onu digər qələm sahiblərindn fərqləndirə bilir. Bu cəhəti şərtləndirən amil geniş və dərin mənada sadəlikdi və bu məxsusi sadəlik onun yaradıcılığının mühüm aspektidir. Şairin poetik təfəkkürü bədii-ictimai mənanı aydın, səmimi və sadə formada ifadə etdiyinə görə onun şeirlərindəki forma sadəliyi, yəni ənənəvi xalq ruhuna bağlılıq bədii nümunələrin poetik təsirini qüvvətəndirir. Şairin şeirlərində iman ətri, halallıq qoxusu duyulur. Onun qəlbindəki Tanrı sevgisi dərin bir fəlsəfi özünüdərk hadisəsidir. "İlahinin həqiqəti" şeirində oxucu şairin müdrik həyat fəlsəfəsinə malik olduğuna şahid olur. Poetik sözün aynasında şairin bədii-fəlsəfi dünyası heyranlıq dogurur və düşündürür.
Körpələr dil açır "inqa" səsiylə,
Görəsən nədir bu sözün hikməti?!
Mələklər yazırlar öz əlləriylə,
Hər körpə alnına tale, qisməti.
Bu misraların poetik məzmununda böyük islam fəlsəfəsinin bədii-fəlsəfi mahiyyəti ehtiva olunur.
Bu şeirin bədii ümumilşdirməsi qəlbi iman dolu bir şairin müdrik düşüncələrinin sevgi ətirli inamıdır.
Allaha, Anaya, Vətənə sevgi,
İnsanın insanlıq ləyaqətidi.
Qoruyun, yaşadın bu ülvi eşqi,
Bu eşq ilahinin həqiqətidi...
Damət Salmanoğlunun şeirlərində ictimai, mənəvi, əxlaqi tamlıq və halallıq, pak sevgi, məhəbbət, yurdsevərlik, təbiət mövzusu geniş yer tutur və onun bədii-estetik məfkurəsinin formalaşmasında əhəmiyyətli önəm kəsb edir. Bu şeirlərin səciyyəvi cəhətlərindn biri də onların müasirliyidir, yəni şair müasir həyatın təzadlarını, onun insanlara səadət bəxş edən məqamlarını və eyni zamanda insanları əzab məngənəsində sıxan anları bədii məzmunda ehtiva edərək, onu yeni məna çalarları ilə zənginləşdirməyə çalışır.
İnanıram ki, səmimi təvözökar, iddiasız qələm və işıqlı ürək sahibi olan şair Damət Salmanoğlunun ədəbi uğurları onun ünvanına çevriləcək.Omrunun 60-ci baharina qedem qoyan sair dostuma can saqligi ve yaradiciliq ugurlari arzulayiram!