warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN LİTVADAKI BÖYÜK ELÇİSİ - MAHİRAS GAMZAYEVAS Adalet.az | AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN LİTVADAKI BÖYÜK ELÇİSİ - MAHİRAS GAMZAYEVAS Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN LİTVADAKI BÖYÜK ELÇİSİ - MAHİRAS GAMZAYEVAS

5175    |   2018-10-30 22:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mahir Həmzəyev - 60
(Birinci məqalə -"Kreativ düşüncənin dəyərli nəticələri..." )

Qurban BAYRAMOV,
tənqidçi-ədəbiyyatşünas.

Baltik ölkələrində - Litvada Mahiras Gamzayevas imzası ilə tanınmış ədəbiyyatşünas, tərcüməçi, publisist, ictimai və mədəni xadim, diaspor rəhbəri, həmvətənimiz Mahir Həmzəyev Azərbaycan mənəviyyatının yeni Avropa tipinin nümayəndəsidir. Onun ədəbi əlaqələrə aid nəzəri fikrimizin təqribən iki əsrlik tarixini əhatə edən tədqiqlərində tarixiliyin təkamülü əsasında ədəbiyyatşünaslığımızın empirik, sinkretik, analitik, bioqrafik və sosioloji mərhələləri məharətlə əhatə edilir, onların tarixi və estetik sərhədləri müəyyənləşdirilir.
M.Həmzəyev ənənələrə güvənən, ənənə ilə mənəvi təmasda olmağı bacaran fikir adamıdır. Onun yazılarında xalqın ən dəyərli milli sərvəti olan SÖZ üçün məsuliyyəti, şərəfi və əzabı duyulmaqdadır. Mahirin məqalələrində güclü bir fikri gərginlik var. Mənə elə gəlir ki, o, yazılarını çox böyük məsuliyyətlə yazır. Bu, hər şeydən əvvəl onun tədqiqatçı-alim, ziyalı və vətəndaş kimi xalq, cəmiyyət qarşısında cavabdehlik duyğusundan irəli gəlir...
Onun gördüyü işlərin əksəriyyəti unikaldır, çünki mədəniyyətimizi, ədəbiyyatımızı, xalqımızı tanıtmağa xidmət edir, hər yazısı Vətən üçün ismarışdı, ədəbi-mənəvi stimuldur, fakta verilən ikinci can, milli-mənəvi impulsdur...
Təvazökarlıq və prinsipiallıq Mahir Həmzəyevin həyat devizidir, populizm, irrasional emosonallıq onun əməlində yoxdur, rasional düşüncə və bunu reallaşdlran hərəkət, gerizəkalılığa qarşı mübarizə, bizi qəbul etməyənlərə həqiqəti görməyə məcbur etmək bacarığı onun elmi, mədəni, və ictimai-siyasi fəaliyyət prinsiplərindəndir...
O, yaradıcılığında həmişə milli mənəviyyatda baş verən strateji problemləri diqqətdə saxlayır, milli təfəkkürün Qərb dünyasına inteqrasiyasının İpək yolunu qurur, böyük Abbasqulu ağa Bakıxanovun əsasını qoyduğu, Yusif Vəzirin Litva tatarları barədə tarixi tədqiqatla zənginləşdirdiyi, professor Pənah Xəlilovun Sovet dönəmindəki araşdırmalarında ali məktəblərin Filologiya fakültələrində tədris edilmək üçün dərslik səviyyəsində həllini tapdığı və professor Vaqif Arzumanlının həmin dövrün ideoloji tələblərinə uyğun inkişaf etdirdiyi Litva ilə ədəbi əlaqələri ləyaqətlə, daha dinamik bir templə və yeni aspektlərdə davam etdirir... Bununla bağlı xüsusilə vurğulamaq istərdik ki, onun çalışmalarının əksəriyyətində xalqlarımız arasındakı tarixi, ədəbi, mədəni və ictimai-siyasi əlaqələrin yaranıb inkişaf etməsi, məzmun cəhətdən ayrı-ayrı vektorlarda formalaşması, qədim mədəni əlaqələrimizdən müasir dövrdə xalqlararası və dövlətlərarası münasibətlərimizin optimallaşdırılması faktoru kimi istifaqə edilməsi və eləcə də bu qəbildən olan digər aktual mövzular Azərbaycan və Baltik dövlətlərinin istiqlal tarixində ilk dəfə olaraq müstəqillik dövrünün mədəniyyət siyasəti doktrinasına uyğun ideoloji yanaşmalar və konseptual dəyərləndirmələrə söykənən yeni tədqiqat bucağı altında araşdırılır.
Geniş elmi potensiala malik istedad sahibi olan tədqiqatçının üslubunu ekspressivlik, kreativ düşüncə, milli əxlaq xarakterizə edir... Elmi problem və nəzəri prinsip kimi tarixilik həm monoqrafiyalarının, həm də ayrı-ayrı məqalələrinin əsas pafosunu müəyyənləşdirir. Məncə, peşəkar bir ədəbiyyatşünas kimi o, öz yazıları ilə ədəbi əlaqələr sferasının poetikasını zənginləşdirib, ona daha aydın intellektual və fəlsəfi pafos gətirməyə nail olub.
Mahirin tədqiqatlarında tarixi fakt zənginliyi müşahidə edilir və bu təbiidir, çünki, ədəbi əlaqələr faktsız mümkün deyil, bu sahə elmi bir sistem kimi faktlar əsasında baş verir və o, əldə etdiyi faktlardan asılı qalmır, sanki onları improvizə edir. Bu əsərlərdə müasir düşüncəmizin qəbul edə biləcəyi, müasir düşüncəmizin parametrləri ilə ölçüləcək ideyalar mövcuddur ki, bu mövcudluq tarixi faktı müasirləşdirir, ona gələcəyə gediş enerjisi verir... Bax, bu anlamda onun tədqiqatları çox qiymətlidir. Çünki burada ədəbi əlaqələrə formal münasibət, kononist yanaşma yoxdur. Müəllif ədəbi əlaqə faktının ruhuna daxil olur, burada "əsəb hüceyrələrinin uclarını" dəqiqliklə təyin edir. Bu içdən gələn ədəbi nüfuzetmədə, tibbi anlamla desək - bu ədəbi invaziyada mən sxematizm görmürəm, əksinə, tam bir məlumatlılıq, peşəkarlıq və o ruhu duymaq xüsusiyyətləri var Mahirdə...
O, belə demək mümkünsə, ədəbi əlaqələri yaradan situasiyaların bütün texnologiyasını incəliyinə qədər bilir, məhz elə buna görə də onların yüksək səviyyədə araşdırılmasına nail olur!
***
Mahir Həmzəyev Litva-Azərbaycan əlaqələri müstəvisində mühüm ictimai-siyasi işlər də aparır, Azərbaycan diasporunun strateji imkanları sferasında milli dövlətçiliyə və milli ideologiyaya sədaqətlə və ardıcıl xidmət edir və dəyərli bir şəxsiyyət tipinə çevrilir. Belə maraqlı şəxsiyyətin ömürlüyündən bəzi fraqmentləri bir daha yada salaq:
O, 1958-ci ilin martın 8-də Quba rayonunda anadan olub. Digah kənd məktəbində orta təhsil alıb, 1983-cu ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin qiyabi şöbəsini bitirib. 1984-1989-cu illərdə Litva Yazıçılar İttifaqı və Azərbaycan Dövlət Universitetinin zəmanətilə Vilnüs Universitetinin Litva filologiyası şöbəsində litvaşünaslıq ixtisası üzrə aspiranturada təhsil alıb. 1985-ci ildə Vilnüs Kitabsevərlər Cəmiyyətinin məsul katibi seçilib, 1994-cu ildənsə həmin təşkilatın sədridir.
Mahir Həmzəyev Litvada olduğu ilk illərdən diaspor sahəsində də fəaliyyətə üstünlük verib və 1988-ci ildə Litva Azərbaycanlıları Cəmiyyətini yaradıb. Həmin ildən indiyədək bu Cəmiyyətin sədridir. 1991-1992-ci illərdə Azərbaycan Mədəniyyət Fondunun (hazırda Azərbaycan Yaradıcılıq Fondu) İdarə Heyətinin üzvü olub. 1992-1995-ci illərdə Azərbaycan Respublikasının Litvada səlahiyyətli numayəndəsi təyin edilib. 2001, 2006, 2011 və 2016-cı illərdə Dünya Azərbaycanlılarının Bakıda keçirilmiş I, II, III və IV qurultaylarında iştirak edib və bu qurultaylarda indiyədək 4 dəfə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasına üzv seçilib.
1988-1991-ci illərdə Litva Millətlərarası Əlaqələndirmə Assosiasiyasının həmtəsisçisi və İdarə heyətinin üzvü olub. 1990-1991-ci illərdə Litva Sayudis Seyminin üzvü olaraq fəaliyyət göstərib. 1991-ci ildən 2019-cu ilə kimi dəfələrlə Litva Respublikası (LR) Hökuməti yanında Milli İcmalar Şurasına üzv seçilib. 2009-cu ildə üç il müddətinə LR Hökuməti yanında Milli İcmalar Şurasının sədri seçilib. 2009-cu ildə LR Baş naziri Andryus Kubilyusun Sərəncamı ilə Baş nazirin yanında Litvanın Milli Azlıqlar Məsələləri üzrə Koordinasiya Komissiyasına üzv təyin olunub.
2008-ci və 2016-cı illərdə LR Liberalları Sayudis Partiyasının xətti ilə Litvanın parlament seçkilərində iştirak edib. 2010-2012-ci illərdə LR Seyminin İqtisadiyyat komitəsi sədrinin, 2013-2014-cü illərdə isə Təhsil, Elm və Mədəniyyət Komitəsinin müşaviri olub.
2001-2018-ci illərdə LR Prezidenti, Seyminin sədri, Baş naziri, Mədəniyyət naziri və həmçinin Litvanın digər dövlət və hökumət qurumları tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrə layiq görülüb. 18 dekabr 2009-cu ildə Litvanın Baş naziri A.Kubilyusun Sərəncamı ilə ona xüsusi təşəkkur elan edilib və "Litva" adının 1000 illiyinə həsr olunmuş "Fəxri ulduz" hökumət nişanı ilə təltif olunub, 19 noyabr 2004-cü ildə LR Hökuməti yanında Milli Azlıqlar Departamentinin "Xidmətlərə görə" gümüş medalı ilə mükafatlandırılıb.
13 mart 2006-cı ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı, 7 iyun 2006-cı ildə Litva Prezidentinin Fərmanı ilə "Litva qarşısında xidmətlərinə görə" dövlət medalı ilə təltif olunub, 2011-ci il iyulun 4-də isə jurnalistika sahəsindəki nailiyyətlərinə görə Azərbaycanın "Əməkdar jurnalisti" fəxri adına layiq görülüb.
M.Həmzəyev Ümumdünya Litva Ensiklopediyası Redaksiya Kollegiyasının üzvüdür (2002). Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri üzvü (2006) və Litva Ədəbi Tərcüməçilər İttifaqının həqiqi üzvüdür (2016). AYB-nin "Ədəbiyyat qəzeti" redaksiya şurasının üzvüdür (2014). Litvanın "Yaradıcı təşkilatlar və Bədii sənət yaradıcısı statusu haqqında Qanun"a uyğun olaraq 2016-cı ilin may ayında LR Mədəniyyət nazirinin Sərəncamı ilə "Litvanın Bədii Sənət Yaradıcısı" statusuna layiq görülüb.

***
Litva-Azərbaycan dövlətlərarası münasibətləri, eləcə də Azərbaycan dövlətinin beynəlxalq aləmdə çağdaş dövrdə qazandığı siyasi, iqtisadi və mədəni uğurlar haqqında M.Həmzəyev 1980-cı ildən üzübəri Litva dilində yazdığı siyasi-publisistik məqalələrlə müntəzəm çıxış edir. O, 40 ilə yaxındır ki, Litvada ədəbiyyatımızı, mədəniyyətimizi, ümumiyyətlə Azərbaycanı ləyaqətlə təmsil və təbliğ edir. Yeri gəlmişkən, riyazi dillə anlaşsaq, Mahir Həmzəyevin 1980-2018-cı illərdə xalqlarımız arasında tarixi, ictimai-siyasi, ədəbi-mədəni əlaqələri barədə yazdığı 400-dən artıq məqaləsi Litvada və Azərbaycanda işıq üzü görüb...
Həmin publikasiyaların böyük hissəsi - ədəbi-bədii, kulturoloji araşdırmalar, ədəbi və tarixi əlaqələrə dair elmi-tədqiqi və publisistik məqalələr, bədii tərcümələr, litvaca və rusca tədqiqat işləri, ədəbi-tarixi esselər, həmçinin çoxsaylı siyasi-publisistik yazılar əsasən Litvanın həm respublika, həm də rayon qəzetlərində, bədii, elmi-populyar jurnallarda, ölkənin informasiya agentliklərinin saytlarında, xəbər portallarında və internet qəzetlərində dərc olunub. Bununla bağlı onun Litva dilində dərc edilmiş publikasiyalarından bəzilərini - seçmələrin seçmələrini xatırlatmaq yerinə düşərdi:
"Ədəbi əlaqələr haqqında monoqrafiya". Vaqif Arzumanlının 1979-cu ildə Bakıda buraxılmış "Azərbaycan-Litva ədəbi əlaqələri" kitabı barədə məqalə. Vilnüs, "Literatura ir menas", 1980; "Şərqin qapısı" kəhrəba diyarında". Səməd Vurğunun 1980-ci ildə Vilnüsdə çap edilmiş "Şərqin qapısı" adlı şeirlər toplusu barədə resenziya. Vilnüs, "Literatura ir menas", 1981; "Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı barədə". Vilnüs, "Literatura ir menas", 1982; "Baltikdən Qafqaza qədər". Litva xalq yazıçısı Antanas Venuolisin (1882-1957) yaradıcılığında Azərbaycan tarixi, ədəbiyyatı ilə bağlı motiv və süjetlər. Vilnüs, "Literatura ir menas", 1982; "Azərbaycan ədəbiyyatının klassiki". Abdulla Şaiqin həyat və yaradıcılığı, onun Litva ədəbi klassiki Vintsas Kreve (1882-1954) ilə dostluq və yaradıcılıq əlaqələri. Vilnüs, "Tiesa", 1982; "Əbədi Odlar ölkəsi onu unutmur". Litva ədəbiyyatının klassiki V.Krevenin həyat və yaradıcılığının Bakı dövrü (1909-1920), onun Azərbaycan ədəbiyyatı ilə əlaqələri haqqında. Vilnüs, "Komjaunimo tiesa", 1982; "Litva ilə bağlı əlaqələr".

(ardı gələn sayımızda)



İmza:

Bakı Neft Emalı Zavodu təmirə dayandırılır

Çindən Azərbaycana 20 min qutu hibrid ipəkqurdu sənaye toxumları gətirilib

Komitə sədri: “Belə bir məktəbin açılması zəruri idi”

Rövşən Rzayev “Mine Mark” Fondunun nümayəndə heyəti ilə görüşdü

Naxçıvan və Bolqarıstanın mənəvi və tarixi paytaxtı Veliko Tırnovo şəhərləri qardaşlaşıb

Elina ilə bağlı istintaqın gedişindən nə xəbər var? - Rəsmi AÇIQLAMA

Azərbaycanlı və türk hərbçilər silahlara, xüsusi texnikaya baxış keçirildi - VİDEO

Azərbaycanda DNT analizinin aparılması qaydası müəyyənləşdi

Prezident bu şəxslərə min manat yardım ayırdı - SƏRƏNCAM

AKP İstanbulu birdəfəlik uduzudu

Prezident: Siyasətimizi yerlərdən gələn təkliflər əsasında qururuq

Onlar İTV-nin Yayım Şurasına üzv seçildilər - ADLAR

SON XƏBƏRLƏR
2019-04-24


VİDEO