adalet.az header logo
  • Bakı 13°C
30 Oktyabr 2018 23:12
4560
GÜNDƏM
A- A+

ZAQATALA: BURADA AÇILAN HƏR SƏHƏR...

(əvvəli ötən saylarımızda)

Mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsait hesabına Z.Əliyeva küçəsi 1 və 2 saylı binaların həyətlərində yararsız vəziyyətdə olan yardımçı tikililər sökülərək yerində ümumi sahəsi 500 kvm olan altıaçıq quraşdırılmış, F.Əmirov küçəsi 3, Vidadi küçəsi 47 və 49 saylı yaşayış binalarının ümumilikdə 3210 kvm fasadları və 1800 kvm blokları təmir edilmiş, blokların qapı və pəncərələri dəyişdirilərək yeniləri ilə əvəz edilmişdir. Abad həyət layihəsi əsasında Sülh küçəsi 1, 3, 9 və 11 saylı 5 mərtəbəli yaşayış binalarının həyətində abadlıq işləri ilə əlaqədar 1500 kvm tamet döşənmiş, 1550 metr uzunluğunda səki daşları düzülmüş, 280 metr uzunluğunda istinad divarı tikilmiş, ictimai xeyir-şər evi inşa edilmiş, söhbətgah və idman oyunları meydançası quraşdırılmışdır. Hazırda obyektlərdə abadlıq və təmir işləri davam etdirilir.
Hesabat dövründə rayonda avtomobil yollarının yenidənqurulması və əsaslı təmiri sahəsində də xeyli işlər görülmüş, magistral və kəndlərarası avtomobil yollarında, şəhərin küçələrində cari təmir işləri aparılmışdır.
Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsaitlər hesabına Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin yenidənqurulması işləri başa çatdırılmışdır.
Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun və Yevlax-Zaqatala-Gürcüstan ilə Dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmir və yenidənqurulması işləri davam etdirilmiş, Zaqatala-Dəmir yolu stansiyası-Üçüncü Tala-Dağlı-Muğanlı avtomobil yolunun yenidənqurulması işlərinə başlanılmışdır.
İlin doqquz ayı ərzində rayon Məhkəməsi üçün yeni inzibati binanın, şəhərin Şəhriyar küçəsində Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa edilən çoxmənzilli yaşayış binasının tikintisi davam etdirilmiş, Mosul kənd uşaq bağçasında yenidənqurma və əsaslı təmir işləri aparılaraq yeni inventar və avadanlıqlarla təchiz edilmişdir.
Rayonda ümumi sahəsi 6708 kvm olan 50 ədəd fərdi yaşayış evi tikilmiş, 3,44 milyon manat həcmində yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi aparılmış, "Günəş Palas" şadlıq sarayının açılışı həyata keçirilmişdir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə rayonda Qarabağ əlillərinin və şəhid ailələrinin mənzill şəraitinin yaxşılaşdırılması üçün 3 ədəd fərdi yaşayış evi tikilərək istifadəyə verilmişdir.
Doqquz ay ərzində əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüş, Lahıc, Bəhmətli və Kürdəmir kəndlərinə qaz xətlərinin çəkilişinə başlanılmışdır. 01 oktyabr 2018-ci il tarixə əhali abonentlərin sayı 21218, qeyri əhali abonentlərin sayı 188 olmaqla ümumi abonent sayı 21406 təşkil etmişdir.
Rayonda əhalinin enerji təminatı sahəsində də müəyyən işlər görülmüş, 12 km uzunluğunda 10-kv-luq, 16.62 km uzunluğunda 0,4 kv-luq hava xətləri, 72 ədəd 10/0,4 kv-luq transfarmator məntəqəsi əsaslı təmir olunmuşdur. 337 ədəd elektron tipli sayğac quraşdırılmış, 2670 ədəd sayğac yenisi ilə əvəz edilmiş, 10 kv-luq elektrik verilişi xətlərində 8,0 km, 0,4 kv-luq elektrik verilişi xətlərində 1.51 km uzunluğunda yeni naqil çəkilmiş, 10-kv-luq hava xətində 60 ədəd, 0,4 kv-luq hava xətində 306 ədəd metal və dəmir-beton dayaq quraşdırılmış, 23.25 km uzunluğunda elektrik verilişi xətti SİP kabel xətti ilə əvəz edilmişdir. Yuxarı Tala kəndinin "Şimşək" ərazisindəki yeni yaşayış massivində və Meşleş kəndində əhalini fasiləsiz enerji ilə təmin etmək üçün yeni müasir tipli 160 Kva-lıq kompleks transformator məntəqələri quraşdırılmış, 0,4 KV-luq şəbəkə çəkilmişdir. Rayonun yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində də işlər davam etdirilmiş, Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə rayonun Qandax və Kəpənəkçi kəndlərində 2 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir.
Zaqatala Poçt filialı tərəfindən tarif gəliri proqnozuna 101 faiz əməl edilmiş, proqnozlaşdırılmış 357.0 min manata qarşı 360.5 min manat tarif gəliri əldə edilmişdir. 2018-cı il 01 oktyabr tarixə rayonda telefon istifadəçilərinin sayı 501 nəfər artaraq 23447 nəfərə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 981 nəfər artaraq 13645 nəfərə çatmışdır. Hesabat dövründə rayonun ümumtəshil məktəblərində "Ümumtəhsildə keyfiyyət ili" çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən işlər görülmüş, məktəblərdə açıq dərslər, bilik yarışları, müsabiqələr keçirilmiş, seminarlar təşkil olunmuşdur. 9 ay ərzində ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında fənn olimpiadalarının respublika mərhələsində iştirak edən tarix fənni üzrə Mamrux kənd tam orta məktəbin IX sinif şagirdi I yerə, rayonun Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs qrupu "Ölkəmizin rəqs çələngi" devizi altında keçirilmiş müsabiqənin respublika mərhələsində III yerə layiq görülmüş, mərkəzin üzvləri "Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik" mövzusunda məktəblilərin respublika müsabiqəsində iki nominasiya üzrə III yeri əldə etmişlər. Məktəblilər arasında velosiped idman növünün zona yarışının qalibi olan Muxax kənd 1 saylı tam orta məktəbin komandası respublika mərhələsində iştirak edərək IV yerə layiq görülmüşlər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş IX-XI sinif şagirdləri arasında "Ən yaxşı təqdimat" müsabiqəsində Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbinin X sinif şagirdi, "Ədəbiyyat biliciləri" müsabiqəsinin rayon mərhələsində Əliabad qəsəbə 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi qalib olaraq Respublika mərhələsində iştirak etmək hüququnu qazanmışlar.
2017/2018-ci tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanlarında IX sinif üzrə-1136, XI sinif üzrə-1103 nəfər şagird iştirak etmişdir. İmtahanların tam şəffaf və obyektiv keçirilməsi təmin edilmişdir.
Bu il rayonun 417 nəfər məzunu ali məktəblərə qəbul olunmuş, onlardan 26 nəfəri 600-dən yuxarı, 50 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. 07.09.2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində 600-dən yuxarı bal toplayan məzunlarla RİHB-nın görüşü keçirilərək məzunlara qiymətli hədiyyələr təqdim olunmuşdur.
Hesabat dövründə "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində rayonun tədrisdə fərqlənən 40 nəfər X-XI sinif şagirdləri Gəncə-Şəmkir-Göygöl bölgəsinə səfər etmişlər. Turda iştirak edən 7 rayon şagirdləri arasında keçirilən bilik yarışlarında Zaqatala rayonunun komandası I yerə layiq görülərək kubok sahibi olmuş və xoş təəssüratlarla geri qayıtmışlar.
Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan 18 rayonun 680 nəfər məktəblisi Zaqatala rayonuna gəlmiş, Rayon İcra Hakimiyyəti və digər aidiyyatı təşkilatların nümayəndələri tərəfindən məktəblilərin Heydər Əliyev Mərkəzində qarşılanması, rayonun tarixi və mədəni abidələri, emal müəssisələri ilə tanışlıq və yola salınması mərasimləri uğurla başa çatmışdır.
Zaqatala rayonunda kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın, həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsi, ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirilməsi məqsədilə sentyabrın 29-da I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilmişdir. Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan festivalda ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin rəhbər və təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, şəhərin qonaqları və rayon sakinləri iştirak etmişlər.
Fərəhləndirici haldır ki, bu gün dünyanın 25 ölkəsinə fındıq ixrac edən Azərbaycanda istehsal edilən fındıq məhsulunun 80 faizə qədəri məhz Zaqatala rayonundan ixrac olunur. Zaqatalada keçirilən I Beynəlxal fındıq, qoz və şabalıd festivalında iştirak etməkdən məmnun qaldığını bildirən Norveçin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, Zaqatalanın təbiətinə heyran olduğunu bildirərək deyib:- "Həyatımda birinci dəfədir fındıq, qoz və şabalıd festivalında iştirak edirəm. Həqiqətən də çox böyük, maraqlı festivaldır. Burada iştirak etmək mənim üçün bölgəni tanımaq baxımından gözəl bir imkandır".
Bayram tədbirimizdə ailə üzvləri ilə birlikdə iştirak edən İsrailin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Dan Stav deyir:-"Zaqatalaya ikinci dəfədir səfər edirəm. I Beynəlxal fındıq, qoz və şabalıd festivalında iştirakımdan çox məmnunam. Burada nümayiş etdirilən fındıq, qoz və şabalıddan hazırlanan bütün məhsullar çox xoşuma gəldi. Ümid edirəm ki, rayonun ixrac imkanları getdikcə daha da artacaq, inkişaf edəcək, məhsullarınız bütün dünyada tanınacaq. Mən Zaqatalanı çox sevdim".

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDZADƏ