adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Oktyabr 2018 23:02
5814
GÜNDƏM
A- A+

ƏN BÖYÜK ÜZƏN TƏRSANƏ BATDI


Murmanskda dünyanın ən böyük üzən PD-50 doku (tərsanə) batıb. Üzən tərsanə həmin vaxt Rusiyanın hərbi dəniz donanmasına məxus aviadaşıyıcı "Admiral Kuznetsov" kreyserini təmir edirmiş. "RİA-Novosti"nin məlumatına görə, insident zamanı 4 nəfər xəsarət alıb, 1 nəfər isə itkin düşüb.
Bildirilir ki, elektrik enerjinin verilməsində qısa qapanmalar yarandığı üçün PD-50-nin sisternləri su ilə dolmağa başlayıb, bundan sonra üzərində olan zavodun işçiləri ilə birlikdə dənizdə batmağa başlayıb. Hadisə zamanı 60 nəfərə yaxın işçi özləri qurğunu tərk edə biliblər.
Murmanskın "Sever post" qəzetinin məlumatına görə, hadisə zamanı dokda olan iki krandan biri aşarkən kreyserin uçuş zolağını dağıdıb. TASS-ın məlumatına görə, baş vermiş qəzaya baxmayaraq, kreyserin təmiri vaxtında başa çatdırılmalıdı. Hələlik isə "Admiral Kuznestmov"a dəyən ziyan müəyyənləşdirilir.
Bildirilir ki, aviadaşıyıcı kreyser 2016-cı ildə Aralıq dənizində xidmət göstərdiyi vaxt Suriyada olan Rusiya kosmik qüvvələrinin əməliyyatlarında yaxından iştirak edib. Keçən il müasir tələblərə cavab vermək üçün modernləşmə ilə əlaqədar olaraq gəmi təmirə dayandırılıb.