adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: DÜNYANIN DƏRDİ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
44038 | 2018-10-31 10:06

Əslində buyazının yarımbaşlığı bir atalar sözündən götürülüb və ona da bir balaca əl gəzdirilmişdi.Çünki atalar həmin o müdrik kəlamı belə ifadə ediblər: "Hərənin dərdi özünəbir dəvə yükdü!".

Bəli, indi mənbu atalar sözünün daxilinə üz tutanda qarşıma bir məqsəd qoymuşdum. Məqsəd dəbundan ibarətdir ki, öz dərdimlə dünyanın dərdini üz-üzə gətirim,qarşılaşdırım, görüm hansı ağır gəlir. Bu da səbəbsiz deyil. Yəni bu fikrə düşməyimin səbəbi dünya KİV-ləri oldu. İstərinternet saytları, istər qəzetlər, istər ekran və efirlər, bir sözlə, hansıbirinə üz tutursansa, mütləq qeyri-adi bir xəbərlə qarşılaşırsan. Bilmirsən güləsən,yoxsa ağlayasan?..

Bəli, indi budünya doğrudan-doğruya ağlamalı, gülməli günə qalıbdı. Elə bir günə qalıb ki, dərddənbaşını itirib. Əgər bu dünya dərddən başını itirməsəydi, onda üst-üstə yığdığıdərdələrin içində, heç olmasa, bir fərli dərdi ilə seçilərdi, öyünərdi. Vallah,bu dünyanın öyünəsi, sayılıb-seçilən heç bir dərdi yoxdu. Əgər varsa, onu da çəkməyəhazıram. İnanmırsınızsa, onda dünyanın gündəmində olan dərdlərinə gəlin birlikdənəzər salaq.

Gündəlik xəbərlərəgöz yetirirəm. Məlum olur ki, dünyanın harasındasa qeyri-adi bir hadisə başverib. Bu hadisə də ondan ibarətdir ki, otellərin birində oturub zürafə ilənahar etmək mümkündü??!! Dərdə baxın, insan bu xəbəri oxuyur və zürafə ilənahar edənə həsəd aparır. Və yaxud dünyanın başqa bir yerində ərə gedib, ailəqurub xoşbəxt olmağı yadından çıxaran birisi özünə 500 gəlincik alır vəişi-gücü də bu 500 gəlinciyin arasında yatıb-durmaqdı. Sadəcə, onun birproblemi yar: həmin gəlinciklərdən hansını qucaqlayıb yatmağı bəzən müəyyənləşdirəbilmir??!! Dərdə bax e, sən Allah!

Və yaxuddünyanın tamam başqa bir yerində insanlar ürəklərini boşaltmaq üçün fikirləşibbir üsul tapıblar. Həmin üsulun qaydası budur ki, 1,5 avro pul ödəyirsən, sonradüz bir dəqiqə dünyanın ən biədəb sözlərindən ibarət söyüşlər söyüb ürəyiniboşaldırsan??!! İndi siz dünyanın o yerindəki dərdə də baxın də?

Şəxsən mənimtanıdığım adamlar var ki, onlar heç pul-zad da ödəmədən istədikləri vaxt, istədikləriyerdə ən biədəb söyüşləri söyüb kef edirlər. Hamı da bunu onların qüsuru hesabetdiyindən üstlərinə getmir, necə deyərlər, sözlərinin başına ip salmırlar.İndi mən maddi durumlarından yaxşı xəbərdar olduğumdan fikirləşirəm ki, bax həmin adamlar pul ödəməli olsaydılar, yəqinki, danışmağı özlərinə qadağan edərdilər, nəinki söyüş söyməyi.

Dünyanın başqabir yerində son dərəcə qəribə bir dərd özünü göstərib. Yüzlərlə tısbağasahibindən xəbərsiz fermadan qaçıb... Hə, bütün bu dünyanın özünə mətbuat vasitəsiilə dərd etdiyi hadisələrin bir qismini sizə xatırlatmaqla mən həm dünyanın dərdinəşərik oluram, həm də dünyanın nə durumda, hansı gündə olduğunu sizlərəçatdırmaq istəyirəm. Düşünürəm ki, hardasa bir sərçənin işıq xəttindən asılıqalması, bir tısbağanın qoruqdan qaçması, bir çaqqalın zooparkı tərk etməsi vəsair və ilaxır, sən demə, əməlli-başlı dərd imiş, mənim xəbərim olmayıb. Neftin qiymətinin oynaması -dərd... Tütününqiymətinin qalxması - dərd... Spirtliiçkilərin qiymətinin sıc-çrayışı - dərd...Dərmanlar bahalaşır -dərd... müalicə ödənişində artım - dərd.. ərzaq bahaslığı -dərd...

Təhsilödənişi - dərd ... Göbək nümaişi- dərd... şo savaşı -dərd... bir sözlə həyat - dərd... yaşam - dərd!.. Hə , mənim başım Qarabağa , yağmalanan evimə-yurduma qarışdığından ən böyük dərd dəbunu saymışam! Dünyanın başqa dərdlərindən xəbərim olmayıb! Elə xəbərim olmadığına görə mən dəoturub-durub dünyanı qınayıram ki, niyə mənim halıma yanmır, dərdimə qalmır. Səndemə, mənim dərdim dünyanın dərdlərinin sırasında heç sonuncu da deyilmiş. Necədeyərlər, dərd dünyanınkı imiş??!!

Bu yerdə yadımarəhmətlik Məmməd Arazın bir beyti düşür:

Məni qınayanınbeləsi belə,

Mən belədünyanın nəyindən küsüm...

Hə, indi özünüznəticə çıxarın və dərdinizi özünüz çəkin, dünyaya umud olmayın. Yoxsa bu gedişləşamsız da qala bilərsiniz.

P.S. 1991-ciilin oktyabr ayının 30 - dan 31 -nə keçən gecə doğulduğum Tuğ kəndi işğal olundu!

Yandı evim-eşiyim ,

Yandı divarım ,daşım...

İsit ,qoyma üşüyüm -

İsit məni , gözyaşım...

Hə, düz 27 -diildir ki GÖZ YAŞımla isinmək istəyirəm?! Dərdə baxın...! Dünyanınsa BU DƏRDdən xəbəri yoxdu...! Varsa da heç vecinə də deyil...


TƏQVİM / ARXİV