adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Oktyabr 2018 18:47
14356
MARAQLI
A- A+

Havayda ada yoxa çıxdı

Havay arxipelaqında yerləşən adalardan biri "Valaka” qasırğasından sonra suyun altında qalıb.

Adalet.az "RİA Novosti” agentliyinə istinadənxəbər verir ki, ABŞ vəhşi heyvan və balıq ehtiyatlarının mühafizəsi xidmətinin məlumatına əsasən, "Şərqi” adası tamamilə xəritədən silinib.

Onun uzunluğu bir kilometr, eni 120 metr olub.

Alimlər hesab edirlər ki, iqlim dəyişikliyi səbəbindən digər adalar da su altında qala bilər. Sakit okeanın şimal hissəsində yerləşən arxipelaq 24 adadan ibarətdir.

Su altında qalmış adada məhvolma təhlükəsi ilə üz-üzə olan dəniz tısbağaları populyasiyasının yarısı yaşayırdı.