adalet.az header logo
  • Bakı 20°C
30 Oktyabr 2018 17:48
12103
DÜNYA
A- A+

Almaniyada 100 pasienti öldürən feldşer mühakimə olunacaq

Sabiq feldşer Nils Högel Almaniyanın şimalında yerləşən Oldenburq şəhərində məhkəmə qarşısına çıxacaq.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, 41 yaşlı cinayətkar 100 pasienti öldürməkdə ittiham olunur. Təhqiqatın versiyasına görə, Högel insanlara ölümcül dərman dozası vurur, sonradan onları xilas etməklə həmkarları arasında nüfuzunu artırmaq istəyirdi. Ehtimallara görə o, 1999-2005-ci illər ərzində Oldenburqda 36, Delmenhorstda isə 64 nəfəri öldürüb.

Qeyd edək ki, Nils Högel bir qədər əvvəl ömürlük həbs cəzasına məhkum edilsə də, bəzi yeni faktlar üzə çıxdığı üçün proses yenidən təkrarlanıb. Təhqiqat həyatlarını itirən pasientlərin sayının bundan da çox olduğunu istisna etmir, lakin onların cəsədləri kremasiya edildiyindən artıq toksikoloji analiz aparmaq mümkün deyil.