adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Oktyabr 2018 17:41
5960
MƏMLƏKƏT
A- A+

Qaxda soya istehsalı 3 dəfədən çox artıb

Bu il Qax rayonunun fermerləri 82 hektar sahədə soya yetişdiriblər. Soya əkini sahələri əvvəlki illə müqayisədə 32 hektar artıb. Təsərrüfatlarda soya yığımı artıq başa çatıb. Cari mövsümdə fermerlər sahələrdən 223,2 ton məhsul tədarük ediblər. Soya istehsalı əvvəlki illə müqayisədə 3 dəfədən çox artıb. Hər hektarın məhsuldarlığı ötən ilə nisbətən 2 dəfəyə yaxın artaraq 27,2 sentner olub.

Bu barədə azərtac-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının baş məsləhətçisi Malik Həmzəyev məlumat verib.

Qurumun təmsilçisinin bildirdiyinə görə, rayonda soya yetişdirilməsinə ötən ildən başlanılıb. 2017-ci ildə qaxlı fermerlər ilk dəfə əkdikləri 50 hektar soya sahəsindən 71,7 ton məhsul götürüblər.

Hazırda Qax rayonunun təsərrüfatlarında tütün yığımı da mütəşəkkil qaydada davam etdirilir. İndiyədək sahələrdən 5217 ton yaşıl tütün kütləsi tədarük olunaraq emal məntəqəsinə təhvil verilib. Eyni zamanda, bu günədək rayonda 595 ton quru tütün istehsal olunub.