Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Bakıda saxta polis saxlanılıb Adalet.az | Bakıda saxta polis saxlanılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Bakıda saxta polis saxlanılıb

5514    |   2018-10-30 17:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Paytaxt sakini Ülvi Abdullazadə Xətai Rayon Polis İdarəsinə müraciət edərək "Ukrayna” dairəsində yerləşən parkda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və soyğunçuluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib.

Məlumat daxil olan kimi keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Şaban Məmmədov saxlanılıb. Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırma zamanı məlum olub ki, Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti törədib. Onun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə Ş.Məmmədovun daha 4 nəfərə qarşı eyni üsulla soyğunçuluq etdiyi məlum olub

Qeyd edilən faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Gördüyünüz bu şəxsin digər analoji cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.




İmza:
SON XƏBƏRLƏR
2019-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80%)
"Neftçi" (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yeni istifadəyə verilmiş ət kombinatının direktoru, mühafizə rəisinə tapşırıq verir:
- Anbarın mühafizəsini gücləndirin, çöldən gəlib kolbasaları oğurlamasınlar.
- Artıq gücləndirmişik. Amma çıxış qapısında mühafizəçi yoxdur, orada da qoymaq lazımdır.
- Lazım deyil. Fəhlələr bilirlər ki, biz kolbasanı nədən düzəldirik, onlar oğurluq edən deyillər.




digər lətifələr
ARXİV
FACEBOOK