adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Oktyabr 2018 16:34
10625
DÜNYA
A- A+

“Putin demək istəyib ki, vəziyyət mürəkkəbdir”

"Türkiyə bir sıra çətinliklərə rəğmən İdlibə dair üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirib"

Adalet.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə İstanbul sammitinin yekununda İdliblə bağlı razılaşmanın icrası istiqamətində vəziyyətin mürəkkəb olduğunu deməsini şərh edərkən bu cür açıqlama verib.

"Putin onu demək istəyib ki, vəziyyət mürəkkəbdir, orada silahlı atışmalar davam edir və təəssüf ki, heç də hər şey idealda tərtib etdiyimiz plan üzrə getmir – türk həmkarlarımızın üzləşdikləri çətinliyi nəzərdə tuturuq. Putin dedi ki, biz bunu anlayışla qarşılayırıq, çünki həqiqətən də vəziyyət olduqca mürəkkəbdir. Amma başlıcası odur ki, əldə olunan bütün razılaşmaların icrası üçün Türkiyənin böyük səy göstərdiyini Rusiya bilir”, – Peskov vurğulayıb.

Peskov həmçinin, 11 noyabrda Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyinə həsr olunacaq tədbir çərçivəsində Parisdə Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında keçiriləcək görüşü də şərh edib. Bildirib ki, iki lider arasında baş tutacaq danışıqların əsas məqsədi bir sıra mühüm məsələlərdə "saatların uzlaşdırılmasıdır”.

"Strateji sabitliklə bağlı müzakirə olunası çox sayda mövzu var. Xüsusən də, ABŞ-ın orta mənzilli nüvə silahları müqaviləsindən çıxmaq istəyilə bağlı açıqlaması buna daxildir. Eyni zamanda, ikitərəfli münasibətlər də danışıqların predmeti olacaq”, – deyə Peskov bildirib.