DAXiLi iŞLƏR NAZiRi, GENERAL-POLKOVNiK CƏNAB RAMiL USUBOVA!

AQİL ABBAS
31279 | 2007-07-31 15:03
Cənab Nazir!
   
   
   
   Sizi və rəhbərlik etdiyiniz Daxili İşlər Orqanlarının bütün əməkdaşlarını qarşıdan gələn Polis günü münasibəti ilə ürəkdən təbrik edirik, Sizə və rəhbərlik etdiyiniz DİO-nun bütün əməkdaşlarına uzun ömür, cansağlığı, cinayətkarlığa qarşı mübarizədə, ölkədə əmin-amanlığın qorunmasında və ictimai-asayişin mühafizəsində daha böyük uğurlar arzulayırıq.
   
   Ümummilli liderimiz, Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin siyasi kursunu ləyaqətlə həyata keçirən və bu siyasi kursa söykənən Azərbaycan Polisi şərəfli bir yol keçmişdir və bu gün də şərəflə öz vəzifəsini yerinə yetirir. Yüzlərlə polis əməkdaşı həm erməni işğalçılarına qarşı mübarizədə, həm də ümumiyyətlə, cinayətkarlığa qarşı mübarizədə öz canını bu dövlətin, bu millətin yolunda qurban vermişdir. Onların bir çoxları Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və digər dövlət mükafatları ilə, orden və medallarla təltif olunmuşdur.
   
   Bu gün Azərbaycan Polisinə həm mətbuat, həm siyasətçilər tərəfindən müəyyən basqılar olur. Biz dəfələrlə qeyd etmişik və yenə də qeyd edirik. Azərbaycan Polisinin şərəfi - 10-15 və ya olsun 20 - vəzifə borcunu yerinə yetirməyən, cinayətə ulaşan polis əməkdaşları ilə deyil, Əlif Hacıyevlərlə ölçülür. Məhz Azərbaycan Polisinin gərgin zəhmətinin nəticəsidir ki, Azərbaycan keçmiş SSRİ məkanında ən az cinayət törədilən, əmin-aman və ən sabit respublikadır. Təbii ki, bu, Ulu Öndərimizin və onun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin apardığı siyasətin və bu siyasəti ləyaqətlə yerinə yetirən Azərbaycan Polisinin yuxusuz gecələrinin, gərgin əməyinin nəticəsidir.
   
   
   
   Cənab Nazir!
   
   
   
   Biz bir vətəndaş olaraq yaşadığımız məmləkətin sabit həyat tərzi, təhlükəsiz fəaliyyət mühiti üçün möhtərəm prezidentimiz İlham Əliyev cənablarının böyük əməyinin reallaşmasında xüsusi əməyi olan Azərbaycan Polisini bu bayram münasibəti ilə ürəkdən təbrik edirik. Biz yaxşı bilirik ki, Sizin rəhbərliyiniz altında fəaliyyət göstərən, Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm İlham Əliyev cənablarının sərəncam və tapşırıqlarını sözsüz yerinə yetirən Azərbaycan Polisi xalqın, ictimai asayişin qorunması və lazım gələrsə canını fəda etməsi üçün hər an hazırdır.
   
   Bir daha Sizi və DİO-nun bütün əməkdaşlarını peşə bayramı münasibəti ilə ürəkdən təbrik edirik.
   
   
   
   

TƏQVİM / ARXİV