adalet.az header logo
  • Bakı 11°C
30 Oktyabr 2018 14:51
4608
HADİSƏ
A- A+

Qubada 48 yaşlı qadın itkin düşüb

Qubada 48 yaşlı rayon sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayonun Amsar kənd sakini Güləbətin Zəkiyeva oktyabrın 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, psixi problemlərdən əziyyət çəkir.

Güləbətin Zəkiyevanı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə (023 335-35-11; 335-43-02 şəhər nömrələrinə) zəng vuraraq məlumat vermələri xahiş olunur.