Bələdiyyə sədri 4 min manat cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabunçu rayonu Kürdəxanı gölünün ətrafına məişət tullantılarının atılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun idarə olunmadığı, qeyri-mütəşəkkil qalaqlandığı faktı təsdiqini tapıb.
Faktla bağlı əraziyə cavabdeh Kürdəxanı Bələdiyyə sədri Pərviz Dadaşov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub.
Tullantıların ərazidən təmizlənməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib. ETSN-nin əməkdaşlarının nəzarəti ilə ərazi tullantılardan təmizlənib.
Digər Xəbərlər
24 Aprel 2024 17:49
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edi
24 Aprel 2024 14:55Büdcəyə yenidən baxılsa, bu sahələrə vəsait ayrılacaq
24 Aprel 2024 09:53Azərbaycan nefti bahalaşıb
24 Aprel 2024 09:13Bu günə olan valyuta məzənnələri
23 Aprel 2024 14:55