adalet.az header logo
  • Bakı 20°C
30 Oktyabr 2018 12:29
5187
HADİSƏ
A- A+

Gürcüstandan Azərbaycana qanunsuz yolla pirotexniki vasitələr keçirilməsinin qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar Şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn "Wolksvagen Vento" markalı avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən əvvəl avtomobilin sahibi şifahi sorğu-sual edilib. Vətəndaş üzərində və idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, nəqliyyat vasitəsinin benzin çəninin içərisində 1370 ədəd, üzərində "Enigma EK3" yazısı olan pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.