adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Oktyabr 2018 12:26
11965
DÜNYA
A- A+

Tatarıstanda İŞİD-in özəyi aşkar edildi: saxlanılanlar var

Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyası ilə birgə Tatarıstanda İŞİD terror təşkilatının özəyini aşkar edib.

Trend-in məlumatına görə, birgə xüsusi əməliyyat zamanı gizli terror özəyinin fəaliyyətinin qarşısı alınıb. Onların İŞİD-in xaricdəki rəhbərlərindən tapşırıqlar aldığı bildirilir.

Qrup üzvləri Rusiya Federasiyasının ərazisində bir sıra hay-küylü terror aktı törətməyi və Suriyadakı döyüşçülərə qoşulmağı planlaşdırırmış.

Əməliyyat zamanı 6 qrup üzvü və onların təsiri altına düşmüş 11 nəfər saxlanılıb. 18 ünvanda odlu silah və döyüş sursatları aşkar edilib.

Operativ-axtarış tədbirləri və istintaq fəaliyyəti davam etdirilir.