warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Yazarlar uşaqlıq xatirələrini danışdılar... Adalet.az | Yazarlar uşaqlıq xatirələrini danışdılar... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Yazarlar uşaqlıq xatirələrini danışdılar...

4851    |   2018-10-31 10:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Uşaqlıq insanın unudulmayan çağlarındandır. Bizim oyuncaqlar şəhərimizdi uşaqlıq. Yıxılanda dizlərimiz qanayırdı, ağlasaq bizim olardı hər şey. Sehirli günlərimiz indi yaddaş arximizdə xatirə olaraq yaşayır.

Bəs, yazarlar uşaqlıq illərini necə xatırlayır, böyüyəndə kim olmaq istəyirdilər? Adalet.az bununla bağlı sorğu keçirdib.




Yazıçı Şərif Ağayar: "İkarus sürücüsü, aktyor, həkim, polis... Təkcə yazar olmaq ağlıma gəlmirdi. Ağıla gəlməyən başa gəldi. Onu da ola bildimsə. Ədəbiyyat ömrü qumara qoymağa bənzəyir. Uduza da bilərsən. Amma bu udub-uduzma prosesin özü möhtəşəmdir və əsla peşman deyiləm. İkinci dəfə doğulsam, peşəmi yox, vətənimi dəyişərdim. Üstümə düşsələr, hətta burda yenidən yaşamaq kimi dəhşətli şərtin altında da yazarlığı seçərdim.”




Filosof Müşfiq Şükürov: "Uşaqlığım sanki dünən idi. Unutmadım ki. Uşaq olmaq heç asan deyildi. Dərs oxumaq böyük zülm idi. Zəhləm gedirdi məktəbdən. Bir tətillərdə və oyunlarda xoşbəxt olurdum.

Dənizçi olmaq istəyirdim. Sonra aviakonstruktor. Maraqlı nə görürdümsə, o olmaq istəyirdim. Kəşflə, yeniliklə bağlı olsun. Yaşıdlarım daha çox milis, müdir olmaq istəyirdilər. Şadam ki, elə arzularım yox idi.




Yazar Səhər Əhməd: "Mənasız uşaqlığım olub. Elə hey böyüməyə can atmışam. Böyüyüb nəsə başqa, nəsə fərqli biri olmaq və bunu ətrafdakılara sübut etmək istəmişəm. Ona görə uşaqlığımı yaşamamışam, demək olar. Ümumən mən bu günlə az yaşayan adamam.”











Yazıçı Kənan Hacı: "Evin tək uşağı olduğum üçün valideynlərim üstümdə əsirdilər. Bu da mənə pis təsir edirdi, sərbəst olmaq istəyirdim. Hətta harasa gedəndə məni evdə tək qoyub qapını üzümə qıfıllayırdılar. Dəfələrlə toyuq hininin damına dırmaşıb ordan küçəyə hoppanmışam. Uşaqlarla kəndin kənarında futbol oynamağa gedirdik, bir də görürdüm anam bütün kəndi bir-birinə vurub ki, uşağımı görməmisiniz? Onları başa düşürdüm, amma dostlarımın yanında pərt olmaq istəmirdim. 13 yaşım olanda evdən icazəsiz kənddən çıxıb şəhərə gəlirdim. Azadlıq meydanındakı mitinqlərə qoşulmuşdum. "Yaddaş kartı” kitabında bu haqda təfsilatıyla yazmışam. 16 yaşımda isə evdən xəbərsiz təyyarəyə bilet alıb Kiyevə uçmuşdum. Mənim uşaqlığım belə keçib. Sonuncu hadisədən sonra gözləri qorxmuşdu, atam anama tapşırmışdı ki, uşaqla işin olmasın, daha böyüyüb. Mən gözümü açanda evimizdə kitabxana olub, mən kitabların əhatəsində olmuşam həmişə. 9 yaşım olanda artıq şeirlər yazırdım. Böyüyəndə yazıçı olmaq istəyirdim. Ardını da özünüz bilirsiniz.”


Yazar Günel Natiq: "Uşaqlıqda mən özümə qapalı, qaraqabaq bir qızcığaz idim. Atam məni "Buz kraliça” nağılındakı qaşqabaqlı qıza bənzədirdi, zarafatla tez-tez o obrazı xatırladırdı. Mən atam kimi tərcüməçi olmaq istəyirdim. Şeir yazır, tərcümə edir, evdə jurnal, divar qəzeti çıxarırdım. Yaradıcı uşaq idim. Hətta rejissor kimi də "fəaliyyət göstərirdim”. Yadımdadır, bir az yuxarı siniflərdə oxuyanda, 12-13 yaşlarında "Sevil” tamaşasını səhnələşdirmək istəyirdim. Aktyorlarım da xalam uşaqları idi. Mən özüm də Gülüş obrazını oynayırdım. Qəribədir ki, o vaxt uşaqlar arasında böldüyüm rollar onların sonradan talelərinə çevrildi...

Mən uşaqlıqdan ədəbiyyat adamları ilə əhatə olunmuşdum və bu təbii ki mənim dünyagörüşümə öz təsirini göstərirdi. O vaxtdan bəlliydi ki, mən qələm adamı olacam. Rus dili müəllimimiz İskəndər Abasoviç mənə "bizim jurnalistimiz” deyirdi. Anam isə əmin idi ki, mənim çoxlu kitablarım çıxacaq. Amma atam bizim seçimimizə qarışmırdı, müdaxilə etmirdi. Hətta kömək də etmirdi. Mən də heç kimdən kömək gözləmədən öz ayaqlarım üstündə durmağı öyrəndim. Mən atamın bir özəlliyini də əxz etdim. Atam heç vaxt kiminsə qapısını döyüb hansısa xahişdə bulunmurdu. Bu, mənim də xarakter özəlliyimdir."



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK