warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | “Bakılifttəmir”in eks-rəisi Qüdrət Şükürovun cinayət işi barədə yeni AÇIQLAMA Adalet.az | “Bakılifttəmir”in eks-rəisi Qüdrət Şükürovun cinayət işi barədə yeni AÇIQLAMA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

“Bakılifttəmir”in eks-rəisi Qüdrət Şükürovun cinayət işi barədə yeni AÇIQLAMA

12948    |   2018-10-30 11:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oktyabrın 1-dən Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) inventarlaşdırma işlərinin aparılması ilə bağlı yaradılan komissiya öz işini davam etdirir.


Bu barədə Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.

Rəsmi məlumatda eyni zamanda, "Bakılifttəmir” İstehsalat Birliyində aparılan araşdırmaların davam etdirildiyi vurğulanıb:


"Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən "Bakılifttəmir” İstehsalat Birliyində aparılır.Hazırda "Bakılifttəmir” İstehsalat Birliyində yoxlamalarla bağlı açılan cinayət işinin istintaqı da davam etdirilir. Proseslərin yekunu barədə ictimaiyyətə məlumat veriləcək”.

Q.Şükürovun səhhətilə bağlı Azərbaycandan kənarda müalicə almasına gəlincə, istintaq getdiyindən, onun ölkədən kənara çıxmasının mümkün olmadığı qeyd olunub.

Qeyd edək ki, "Bakılifttəmir” İstehsalat Birliyilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri iləcinayət işi başlanıb. Həmçinin, Q.Şükürovla bağlı əlavə olaraq, Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH)başçısı səlahiyyətlərini icra edən müavin Eldar Əzizov "Bakılifttəmir" İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu vəzifəsindən azad edib.

Xatırladaq ki, ötən il qızının 400 min dollarlıq toyu ilə gündəmə gələn Qüdrət Şükürov barədə müxtəlif məlumatlar yayılmışdı.(modern.az)




İmza:
SON XƏBƏRLƏR
2019-03-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.57%)
Yox (21.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK